| |
Azərbaycantelefim” Yaradıcılıq Birliyində Azərbaycanın muğam sənətindən bəhs edən sənədli film çəkiləcək. Birliyin direktoru Vüqar Tapdıqlının verdiyi məlumata görə, filmdə muğam məktəblərindən və həmin məktəblərin yetişdirdiyi sənətkarlardan söhbət açılacaq. Filmin ssenari müəllifi Dilarə Quliyeva, rejissoru Cahangir Mehdiyevdir. Birlikdə istehsal olunacaq digər sənədli film Anatollu Qəniyev haqqında olacaq. Filmin ssenari müəllifi Xaliq Rəhimli, rejissoru Oqtay Əlizadədir. Martın ortalarından isə birliyin yaradıcı heyəti tanınmış kinorejissor Həsən Seyidbəylinin həyat və yaradıcılığından bəhs edəcək sənədli filmin çəkilişlərinə başlayacaq. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Ənvər Əblucdur.
|