| |
İcra Hakimiyyətinin şöbə müdiri bunu təkzib edib. Lənkəran İcra Hakimiyyətinin nümayəndəsi rayonda başçının müəllimələrə şalvar geyinməyi qadağan etməsi ilə bağlı kütləvi informasiya vasitələrində gedən məlumatlara münasibət bildirib. İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev bildirib ki, KİV-lərdə yayılan məlumatlar əsassızdır. O, həmçinin icra başçısının hazırda məzuniyyətdə olduğunu da bildirib. KİV-lərdə Lənkəranın İcra Hakimiyyətinin orta məktəb müəllimələrinə şalvar geyinməyi qadağan etməsilə bağlı məlumat yayılıb. Qadağanın müəllifinin Icra Hakimiyyətinin başçısı Süleyman Mikayılov olduğu bildirilir. Xəbərdə deyilir ki, müəllimələrə nəinki dar şalvarlar, ümumiyyətlə, şalvarlı kostyum geyinmək də qadağan olunub. Bu qadağa Lənkəranın istilik sistemi normal işləməyən orta məktəblərində narazılıqla qarşılanıb.
|