| |
Geri |
|
| |
 |
Milli Məclis 90 illik yubileyinə hazırlaşır
23.05.2008 14:30:28
Bahar Muradova dünyanın 70-dən çox ölkəsinə dəvətnamələrin göndərildiyini söyləyib |
|
| |
«Rusiya vasitəçilik missiyasının üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylər göstərib. Lakin bu cəhdlər nəticəsiz qalıb». Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bəyan edib. Onun sözlərinə görə, parlamentin yaz sessiyasında «seçki məcəlləsinə əlavə və dəyişikliklər haqqında», «sərbəst toplaşmaq azadlığı haqqında» və «təhsil haqqında» qanun layihələri müzakirəyə çıxarılacaq. Bahar Muradova həmçinin bildirib ki, Azərbaycan Milli Məclisində parlamentin yaranmasının 90 illik yubileyi ilə bağlı xüsusi təntənəli iclas da keçiriləcək. Tədbirdə iştirak etmək üçün dünyanın 70-dən çox ölkəsinə artıq dəvətnamələr göndərilib. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|