| |
Geri |
|
| |
|
Milli Arxiv İdarəsinin yeni binası
09.10.2008 21:21:01
Milli Arxiv İdarəsinin yeni binası istifadəyə verildi |
|
| |
Prezident İlham Əlyiev Azərbaycan Milli Arxiv İdarəsinin yeni binasının açılış mərasimində iştirak edib. Burda yaradılan şəraitlə tanış olub. Mətbuat prospekti 593-cü məhəllədə yerləşən, əvvəllər Milli Elmlər Akademiyasına məxsus olan alünit zavodunun binası bütünlükdə Milli Arxiv İdarəsinin balansına verilib. Prezident İlham Əliyev idarənin yeni binası ilə tanış oldu. Ölkə başçısına məlumat verildi ki, binanın arxiv sənədlərinin mühafizəsi üçün yenidən qurulması işlərinə 2006-cı ildən başlanılıb. 9 mərtəbəli arxiv idarəsinin açılışını bildirən lenti kəsdikdən sonra dövlət başçısı idarənin işi ilə yaxından tanış oldu. Məlumat verildi ki, idarənin işçiləri bura yalnız elektron kartlarla daxil ola bilər. Binada müasir liftlər quraşrılıb. Dövlət başçısı arxiv sənədlərinin saxlandığı mühafizə otaqlarına baxdı. Burada 3,5 milyon arxiv sənədi saxlamaq imkanı var. Arxiv sənədlərinin qorunması üçün tempratur xüsusi nəzarətdə saxlanılır və onların qorunması tam təmin olunub. Arxiv sənədlərinin yanğından qorumaq üçün tətbiq olunan sistem də diqqət çəkir. Dövlət başçısı MDB-də ilk dəfə Azərbaycanda tətbiq olunan sistem haqqında videoçarxa baxdı. Prezident idarənin foyesində milli lider Heydər Əliyevin xatirəsinə həsr olunan stendə də baxdı. Oxu zalına baxdıqdan sonra dövlət başçısı kollektivə tövsiyyələrini verdi, uğurlar arzuladı. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|