| |
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Microsoft şirkəti ilə birgə elektron informasiya mərkəzinin yaradılması üzrə layihə hazırlayır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, Microsoft Orta Asiya, keçmiş SSRİ ölkələri və Orta Şərq regionunda özünün yeni elektron informasiya mərkəzini açmağı planlaşdırır. Bu baxımdan şirkət Aəzrbaycanla əməkdaşlıq etmək niyyətindədir. «Bu məsələ Azərbaycan Prezidenti ilə Davosda keçirilən görüşdə müzakirə olundu və belə qərara gəlindi ki, bu təşəbbüs üzərində işlənilsin, şərtlər müəyyənləşdirilsin, ekspert-işçi qrupu yaradılsın. Layihə yaxın iki-üç il ərzində həyata keçiriləcək. Bundan əlavə, tranzit informasiya mərkəzinin yaradılması üzrə Azərbaycanın özünün layihəsi var. Hazırda bu layihə baxışdadır. Bu proqram çərçivəsində “Microsoft” Azərbaycanda özünün böyük informasiya mərkəzinin yaradılmasını təklif edir», - deyə nazir söyləyib. |