| |
Artıq 50-yə yaxın köşk sifariş verilib.
Işaxtaranlar özlərinə lazım olan iş yerlərini yeni üsulla tapa biləcəklər. Məşğulluq İdarəsi iş yeri axtarışını sadələşdirmək üçün yeni məlumat köşklərinin quraşdırılmasına başlayıb.
Hələlik bu köşklər Bakıdakı məşğulluq mərkəzlərində quraşdırılacaq. Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəylinin sözlərinə görə, artıq 50-yə yaxın köşk sifariş verilib: "Düşünürəm ki, biz bir-iki aya onları da quraşdıracağıq. Köşklər ilin axırına kimi yerləşdiriləcək".
|