| |
Geri |
|
| |
 |
Merac və Hicrət
29.01.2008 01:38:43
Ensar Mühacir |
|
| |
Merac- Peyğəmbərimiz (s.ə.v.) Hicrətdən bir il yarım qabaq Rəcəb ayının 27-si gecəsi Məkkədəki Məscid-i Haram-dan Məscidi- Aksa-ya aparılmış, oaradn da göylərə yüksələrək Sidrətül-müntəhaya çatmış və məlakut aləmini izləmişdir. Peyğəmbərimiz Meracdan ümmətinə bu hədiyyələrlə qayıtmışdır. 1. Bəqara surəsinin son iki ayəti “Amenerrəsulü” 2. Ümmətindən Allah şərik qoşmayanların cənnətə girəcəyi müjdəsi 3. Beş vaxt namazlar Mirac gecəsində fərz olaraq buyrulub.
Hicrət-Peyğəmbərimiz (s.ə.v.) Məkkədən Mədinəyə köç etməsinə “Hicrət” deyilir. Müşriqlərin müsəlmalara etdiklərimzülmlərdən sonra Peyğəmbərimiz (s.ə.v.) onların Məkkədən Mədinəyə getməsinə icazə vermişdi. Müsəlmalar qruplar halında Mədinəyə köç etdilər. Müşriqlər məsinəşlilərin müsəlman olması və Məkkədəki müsəlmanların köş etməsi ilə güclü bir İslam toplumunun yaranmasında qorxdular. İslamiyyəti kökündən idarə etmək üçün, Əbu Cəhlin təklifi ilə peyğmbərimizi öldürməyə qərar verdilər. Müşriqlərin gizlicə aldığı bu ölüm qərarı Allah tərəfindən Peyğəmbərimizə (s.ə.v.) bildirildi və hicrət etməsinə icazə verildi. Bəli Peyğəmbərimiz (s.ə.v.) Miladi təqvimlə 622-ci ildə Hz. Əbu Bəkr ilə birlikdə Məkkədən Mədinəyə hicrət etdi və Sevr dağındakı mağarada 3 gün gizləndilər. Müşriqlər izlərini təqib edərək mağaraya qədər onların ardınca gəldilər. Ancaq mağaranın girəcəyinə bir hörümçəyin tor və göyərçinin yuva qurması ilə müşriqlərin içəri girmədən geri dönmələrinə səbəb olmuşdur. Suraka adlı bir pəhləvan izlərini tapıb onlara çox yaxınlaşmışdı. Tam bu vaxt atının ayaqları dizə qədər quma batmışdı. Buna görə Suraka qorxmuş və Peyğəmbərimizədən (s.ə.v.) üzr istəyərək geri dönmüşdür. Arxadan gələnlərə də “mən bu tərəfləri axtardım heç kim yoxdur” deyərək onalrı geri qaytarmışdır. Suraka bu hadisədən sonra müsəlman olmuşdur. Peyğəmbərimizə (s.ə.v.) Hicrət olunda bir bazar ertəsi günü Mədinə yaxınındakı Kuba kəndinə çataraq burada 10 gündən artıq qalmış və Kuba məscidi tikdirmişdir. Məscid tikilərkən Peyğəmbərimizə (s.ə.v.) də bir işçi kimi çalışmışdır. İslam tarixində tikilən ilk məscid Kuba Məscididir. Mədinədə böyük sevgi ilə qarşılanan Peyğəmbərimizə (s.ə.v.) Əbu Tayyib həzrətlərnin evində 7 aya qədər qonaq qalmışdır. Əbu Tayyibin evinin qarşısında olan boş əraziyi Peyğəmbərimizə (s.ə.v.) alaraq Məscid-i Nebevi və ətrafında özünün qalması üçün otaqlar tikdirmişdir.
Ensar Mühacir-Məkkədən Mədinəyə köş edən müsəlmanlara Mühacir, Məkkədən gələn müəlmanlara kömək edən Mədinəli müsəlmanlara da Ensar deyilir. SUFFA: Məscid-i Nebavinin bir tərfində üstü örtülü olaraq tikilən yerə Suffa deyilirdi və burada qalanlar Ashab-ı Suffa adlandırılırdı.
Vüsalə Çingiz |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|