| |
O, 1995-ci ilin mart hadisələrində iştirak etdiyinə görə dövlətlərarsı axtarışda olub
Dövlətlərarası axtarışda olan Mənsur Quliyev Rusiyada həbs olunub.
Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirliyin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Quliyev Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində tutulub həbs olnaraq Azərbaycana gətirilib.
O, 1995-ci ilin mart hadisələrində iştirak etdiyinə görə barəsində dövlətlərarsı axtarış elan edilib.
Onun barəsində 2000-ci ilədək qüvvədə olmuş AR Cinayət Məcəlləsinin 70-2 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması) və 220-2-ci (müvafiq icazə olmadan soyuq silah gəzdirmə, hazırlama və ya satma) maddələri ilə barəsində dövlətlərarası axtarış elan edilmişdi.
|