| |
Səfər çərçivəsində xarici işlər naziri fransalı həmkarı ilə görüşəcək. Bu gündən xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri başlayır. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, səfər çərçivəsində nazir fransalı həmkarı Bernar Kuşner ilə görüşəcək. Görüşdə Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı görülən işlər müzakirə ediləcək. |