| |
Geri |
|
| |
 |
Məktəblinin intihar arzusu 70 nəfərin zəhərlənməsi ilə nəticələnib
24.04.2008 12:30:32
Qızın özünü öldürmək üçün zəhərli qazdan istifadə etməsi nəticəsində çoxmənzilli binanın sakinləri evakuasiya edilib |
|
| |
Yapon məktəblisinin intihar etməsi çoxmənzilli binanın sakinlərinin evakuasiyasına və təxminən 70 nəfərin xəstəxanaya aparılmasına səbəb olub. Sikoku adasındakı Koti şəhərində özünü öldürmək istəyən 14 yaşlı qız zəhərli qaz sayılan xlorlu hidrogendən istifadə edib. Ekspertlərin rəyinə görə, qız dərhal ölüb. Onun qonşu otaqdakı anası zəhərlənib. Binaya yayılan kəskin qoxu sakinləri xilasediciləri çağırmağa vadar edib. Xilasedicilər təxminən 200 nəfəri evakuasiya edib və qazın mənbəyini tapıb. 20-dən artıq sakin isə xəstəxanaya aparılıb. Həyatına sui-qəsd edən qızın anası ilə bir evdə yaşadığı bildirilir. O, son vaxtlar məktəbə getməkdən qətiyyətlə imtina edirmiş. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|