| |
Geri |
|
| |
 |
Məkkənin Fəthi
02.02.2008 00:49:30
Vədda Həcci |
|
| |
Hicrətin 8. Miladi təqvimlə 630-cu ildə Peyğəmbərimiz (s.ə.v) 10 min nəfərlik bir ordu ilə Məkkəyə hücum etdi. Məkkənin qan tökülmədən alınmasını istəyirdi. Dediyi kimi oldu. Məkkə qan tökülmədən alındı. Müqəddəs Kəbə və ətrafı bütlərdən təmizləndi və orada toplanan insanlara Peyğəmbərimiz (s.ə.v) Allahın birliyi, insanların bərabəliyi, keçmişdəki qan davalarının aradan qaldırıldığını dedikdən sonra bu mənanı daşıyan ayəti oxudu. “Ey insanlar biz sizi bir kişi ilə qadından yaratdıq. Tanış olasınız deyə millətlərə, qəbilələrə ayırdıq. Sizin Allah qatında ən şərəfliniz ondan ən çox qorxanınızdır. Şübhəsiz Allah bilir və eşidir.” Bu vaxt ərzində çox müharibə olmuşdur.
Vədda Həcci Peyğəmbərimiz (s.ə.v) Hicri 10. Miladi 632-ci ildə yüz mindən çox müsəlmanla birlikdə Həcə getdi. Peyğəmbərimiz (s.ə.v) Arafata 124 min müsəlmana məşhur “Vəda Xütbə”sini oxudu. Bu xütbədə bərabərlik bildirilmiş, doğru anlamda xoşbəxtliyin əsası qoyulmuşdur. Bu xütbə insan haqqları haqqında dünya bəyannaməindən çox-çox qabaq deyilmişdir. Peyğəmbərimiz (s.ə.v) Vəda Həccini edib Mədinəyə qayıtdı və bir az sonra xəstələndi. Peyğəmbərimiz (s.ə.v) xəstəliyinin 18-ci günü və 8 iyun ilə üst-üstə gələn Rəbiül-Əvvəl ayının bazar ertəsi günündə vəfat edərək Allah hüzuruna yetmişdir. Allah (c.c.) hamımızı Qurandan və Sünnətdən ayırmasın. Amin.... Vel hamdu lillahi Rabbil Aləmin.
Vüsalə Çingiz
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|