| |
Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) üzləri Rusiya Federasiyasının prezidentliyinə seçkilərin yekun protokolunu imzalayaraq, seçkilərin baş tutmuş və həqiqi olduğunu təsdiqləyiblər. Protokolun imzalanması dünən Moskva vaxtı ilə 19.16-da başa çatıb. Protokola əsasən, Dmitri Medvedyevin Rusiya prezidenti seçildiyi təsdiqlənib. MSK sədri Vladimir Çurov seçkilərin baş tutmuş və həqiqi sayılmasından razı qaldığını bildirib. Martın 2-də keçirilmiş seçkilərdə D. Medvedyev 70,21% səs toplayıb.
|