| |
Geri |
|
| |
 |
Mədinə islam yolunda
27.01.2008 23:16:36
Mədinədə islam yayılmağa başladı |
|
| |
Peyğəmbərimiz peyğmbərliyinin 11-ci ilində həcc mövsümündə Məkkə kənarına çıxaraq Mədinədən gələn 6 nəfərlə görüşdü və onları İslama dəvət etdi. Onlar da müsəlman oldular və Mədinədə islamın yayılmasına çalışdılar. Ondan sonrakı il yəni peyğəmbərliyin 12-ci ilində Məkkəyə gələn 12 nəfər mədinəlidən ibarət olan bir qrup Akabe adlanan yerdə peyğəmbərimizlə görüşdülər. Bunlar Allaha şərik qoşmamaq, oğruluq etməmək, zina etməmək, yalan və şərdən qorunmaq, peyğəmbərimizə qarşı gəlməmək məsələlərində söz verdilər. Bu birinci Akabe Biatı oldu. Mədinəlilər onlara islamı öyrətəcək birini istədilər. Peyğəmbərimiz də Müsab bini Umeyrini göndərdi. Musab Mədinədə islamın öyrətilməsi və yayılması yolunda çox böyük işlər gördü. Peyğəmbərliyin 13-cü ilində 75 nəfərdən ibarət mədinəli müsəlmanlar Məkkəyə gəldilər. Bunların ikisi qadındı. Akabe adlanan yerdə peyğəmbərimizlə görüşdülər və ikinci Akabe Biatı gerçəkləşmiş oldu. “Qadınlarını, qızlarını necə qoruyurlarsa peyğəmbərimizi də eləcə qoruyacaqlarına, darlıq və genişlik zamanında, hər halda və vəziyyətdə itaətə, daim sözün doğrusunu söyləməyə və Allah yolunda heç bir şeydən qorxmayacaqlarına” dair peyğəmbərimizə söz verdilər və onu Mədinəyə dəvət etdilər.
Vüsalə Çingiz |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|