| |
Dünya şöhrətli pop ulduz Maykl Cekson Kaliforniyadakı «Neverlend» adlı rançosunu itirə bilər. Bunun baş verməməsi üçün o Kaliforniya ştatının büdcəsinə 25 milyon ABŞ dolları dəyərində borcunu ödəməlidir. Əks halda martın 19-da ranço hərracda satılacaq. Maykl Cekson 1987-ci ildə «Neverlend»-i alaraq orada uşaqlar üçün əyləncə mərkəzi tikib. 2006-cı ildə 1100 hektar ərazisi olan ranço bağlanıb. Müğənni özü isə artıq bir neçə ildir ki, ABŞ-da yaşamır.
|