| |
Geri |
|
| |
 |
«Mançestr Yunayted» çempion
22.05.2008 09:58:08
Qarşılaşmanın taleyi ancaq matçdan sonra vurulan penaltilərlə müəyyənləşdi |
|
| |
Çempionlar Liqasının finalında «Mançestr Yunayted» «Çelsi» ilə qarşılaşmada hesab bərabərləşib. Bərabərlik qolunu onyunun 45-ci dəqiqəsində Frenk Lempard vurub. Buna baxmayaraq, birinci hissədə «Mançestr Yunayted»in üstünlüyü hiss olunub. UEFA-nın rəsmi saytının məlumatına görə, «Mançestr Yunayetd» ilk 45 dəqiqə ərzində topa 59 faiz nəzarət edib. Qeyd edək ki, oyunda ilk qolu oyunun 26-cı dəqiqəsində «Mançestr Yunayted»in hücumçusu Kriştianu Ronaldo vurub. Ues Braunun cinahdan ötürdüyü topu cərimə meydançasında ələ keçirən K.Ronaldu onu başı ilə qapıya göndərib.
Ancaq qarşılaşma başa çatana qədər hesab dəyişilmədi. Qarşılaşmanın taleyi ancaq matçdan sonra vurulan penaltilərlə müəyyənləşdi. "Mançester Yunayted" "Çelsi"yə qalib gələrək UEFA çempionu oldu. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|