| |
Londondakı Hayd parkda at çapan bir qrup qadın ətrafdakıların hamısını şoka salıb. Çünki bu xanımlar lüt-əndam imişlər. Onlar “Ledi Qodiva” adlı yeni filmin reklam kampaniyası çərçivəsində belə bir aksiya keçiriblər. Əfsanəyə görə, orta əsrlərdə yaşayan bu zadəgan əsilli həmin qadın Kovetri şəhərində lüt halda at üstündə gəzirmiş. O, ərinin vergi dərəcəsini artırmasına etiraz edirmiş. İndi ingilislər həmin əfsanə əsasında romantik komediya çəkiblər. Bu filmin süjet xəttinə görə, gənc müasir müəllimə görəcəyi xeyirxah bir iş üçün pul toplamaq istəyir. Bu zəmində də onun başına gülməli hadisələr gəlir. Nəhayət, müəllimə Oksfordun içində lüt gəzəcəyi ilə bağlı mərc gəlir. Bu səhnənin çəkildiyi gün baş rolun ifaçısı Febe Tomas rəfiqələrini də başına yığaraq elə lüt halda Hayd parka çıxıb. |