| |
Geri |
|
| |
 |
Ləzgi teatrı ilin premyerasını edib
10.03.2008 01:20:51
Ləzgi teatrı ilin premyerasını edib |
|
| |
Səhnəyə qoyulan ilk tamaşa dramaturq Sabit Rəhmanın «Yalan» komediyasının ləzgi dilinə tərcümə olunmuş variantıdır. 1992-ci ildən fəaliyyət göstərən Qusar Döılət ləzgi Dram Teatrı 2008-ci ildə hazırladığı ilk əsərin premyerasını tamaşaçılara təqdim edib. Bu, dramaturq Sabit Rəhmanın «Yalan» komediyasının ləzgi dilinə tərcümə edilmiş variantıdır. Teatrın baş direktoru və rejissoru rəhimxan qaraxanov əsəri azərbaycan dilindən ləzgi dilinə özü tərcümə edib. Teatrın baş rejissoru bildirib ki, bu il kollektiv daha 5 dram əsərini tamaşaya qoyacaq. Repertuar seçimində Azərbaycan dramaturqları ilə birgə ləzgi dilli nasirlərin əsərlərinə də üstünlük veriləcək. Premyerada Qusar şəhər sakinləri, rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəsmiləri iştirak edib. Teatrın kollektivi «Yalan» əsəri ilə rayonun ayrı-ayrı kəndlərində, qonşu xaçmaz və quba rayonlarında da çıxış etməyi nəzərdə tutur.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|