| |
Geri |
|
| |
|
Kuba səfiri jurnalistlərlə görüşüb
11.10.2008 18:29:56
Kubanın Azərbaycandakı səfiri jurnalistlərlə görüşüb |
|
| |
Oktyabrın 10-da Kubanın Azərbaycandakı səfiri Marselo Kabalyero Torres jurnalistlərlə tanışlıq görüşü keçirib.
Səfir Marselo Kabalyero Torres Kubanın Azərbaycandakı diplomatik nümayəndəliyində fəaliyyətə başlayan ilk səfir olduğunu vurğulayıb, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsi istiqamətində üzərinə düşən vəzifənin məsuliyyətini yaxşı anladığını bildirib. Azərbaycanla tanışlığının tarixi barədə məlumat verən səfir deyib ki, mən Azərbaycanı və Bakını qiyabi olaraq çoxdan tanıyıram. Bizdə indiyədək də Bakıda istehsal olunmuş kondisionerlərdən istifadə edirlər. İqtisadi inkişaf naziri Heydər Babayevin başçılığı ilə ötən il Havanada keçirilmiş Azərbaycan-Kuba hökumətlərarası Birgə Komissiyanın birinci iclasının baş tutduğunu və cari il dekabrın 1-də Bakıda da belə bir tədbirin keçiriləcəyini söyləyən M.Torres, bunu dostluq və əməkdaşlıq yolunda atılmış önəmli addımlardan hesab etdiyini nəzərə çatdırıb.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|