| |
Geri |
|
| |
 |
Köpək balığı cütləşmədən doğur!
10.10.2008 14:43:46
Alimlər DNT test ilə köpək balığının erkək köpək balığı olmadan “Bakirə” doğuş” etdiyini ikinci dəfə sübut ediblər . |
|
| |
ABŞ-ın Virciniya ştatında yerləşən Virciniya Akvarium və Dəniş Elmləri Mərkəzinin nümayəndəsi Beth Firchau, Tidbit adı verilən köpək balığının təbii şəraitdə doğulduqdan sonra Dəniz Elmləri Mərkəzinə gətirildiyini və erkək köpək balığı olmadan burada 8 il yaşadığını bildirib. 1,5 metr uzunluğunda olan köpək balığı daha sonra ölüb. Ancaq ultra səs müayinəsi vasitəsilə köpək balığının bədənində doğulmaq üzrə olan bala aşkar edilib. Nyu-Yorkdakı Stony Brook Universitetinin köpək balığı mütəxəssisi Demyan Çapmanın DNT testindən sonra bala köpək balığının atasız olduğu ortaya çıxıb. “Bakirə doğuş” elm dünyasında “Döllənmə olmadan doğuş” adlandırlır. Çapmanın 2002-ci ildə bir heyvanxanada köpək balığının doğduğu bala üzərində apardığı testlər də onun erkək köpək balığı olmadan doğulduğunu aşkar etmişdi. Demyan Çapman bu cür halların quş, balıq, ilan kimi bəzi heyvanlarda da olduğunu bildirib. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|