| |
Geri |
|
| |
 |
Kocaeli Univ-də tələbələrə təqaüd
10.10.2008 11:57:13
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə bu ölkənin Kocaeli Universitetində təhsil alan 30-dan çox azərbaycanlı tələbə ilə görüş keçirilib |
|
| |
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə bu ölkənin Kocaeli Universitetində təhsil alan 30-dan çox azərbaycanlı tələbə ilə görüş keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Azərbaycanın İstanbuldakı konsulu Pərviz Məmmədzadə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və Kocaeli Universitetinin rektoru Sezer Komşuoğlunun iştirak etdiyi görüşdə azərbaycanlı tələbələrin problemləri müzakirə edilib. Sezer Komşuoğlu bildirib ki, Kocaeli Universitetində təhsil alan 30 tələbənin maddi çətinliklərinin müəyyən qədər aradan qaldırılması məqsədilə onlara təqaüd ayrılacaq. Bilal Dündar isə federasiyanın da bu məsələnin həlli üçün ciddi səylər göstərdiyini və bir neçə iş adamından bu sahədə dəstək aldıqlarını deyib. Universitetdəki müzakirələrdən sonra Kocaeli valisi Gökhan Sözerlə görüş keçirən nümayəndələr azərbaycanlı tələbələrə yardım məqsədilə təqaüd verilməsi məsələsini vali ilə də razılaşdırıblar. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|