| |
Geri |
|
| |
|
Kliniki Tibbi Mərkəzin açılışı oldu
11.10.2008 20:59:40
Kliniki Tibbi Mərkəzin əsaslı təmirdən sonra açılışı oldu |
|
| |
Oktyabrın 10-da Bakıda Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin əsaslı təmirdən və yenidənqurma işlərindən sonra açılışı olub. Açılışda iştirak edən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə mərkəzin laboratoriya korpusu ilə tanış olublar. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, xəstəxananın 5-ci korpusunun bazasında nadir kliniki-diaqnostik laboratoriya fəaliyyət göstərir. Birinci mərtəbədə qəbul, qanın və biomaterialların işlənməsi üçün hər cür şərait yaradılmış, eləcə də müstəsna analizlər və gecə şəraitində işləmək üçün nəzərdə tutulan ekspres laboratoriya təşkil edilmişdir. Buradakı müasir avadanlığın köməyi ilə geniş spektrdə analiz və tədqiqatlar aparmaq mümkündür. Laboratoriyada yoluxucu materiallarla iş zamanı şəxsi heyətin təhlükəsizliyi probleminə də diqqət yetirilib. Azərbaycan səhiyyəsi tarixində ilk dəfədir ki, burada arbitraj (referens) laboratoriyası yaradılaraq, müasir avadanlıqla təmin edilib. Dövlət başçısı cərrahiyyə korpusunda yaradılan şəraitlə də maraqlandı. Bu korpusun 5-ci mərtəbəsi isə ancaq reanimasiya bölməsindən ibarətdir. 60 çarpayılıq bu bölmə müasir avadanlıqla təmin olunub. Dövlət başçısı mərkəzin yüzə yaxın işçisi olan dispetçer məntəqəsinin fəaliyyəti ilə də tanış oldu. Bildirildi ki, Bakı şəhəri üzrə 103 xidmətinə daxil olan bütün çağırışların yerinə yetirilməsi üçün heç bir problem yoxdur. Müasir kompyuter sistemi, CİPEY sistemi yaradılmış, müasir rabitə vasitələri quraşdırılıb. Xüsusi avadanlıq telefon zəngi daxil olanda kömək üçün müraciət edənin dəqiq ünvanını, monitorda isə ona ən yaxın olan təcili yardım maşınının yerini müəyyən etməyə imkan verir. Beləliklə, çağırış ilə bağlı bütün məlumat həmin ünvana ən yaxın yerdə olan həkim briqadasına çatdırılır. Prezident İlham Əliyev burada yaradılan şəraitdən razılığını bildirərək, kollektivə uğurlar arzulayıb. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|