| |
Geri |
|
| |
 |
Kitabları kompüterlər əvəz edəcək
09.10.2008 21:47:33
İtaliyalı şagirdlər kitabları kompüterlərlə əvəz edəcəklər |
|
| |
İtaliyada keçirilən eksperiment çərçivəsində bu ölkədə dərsliklər kompüterlərlə əvəz olunacaq. Turin şəhərinin məktəblərinin birində 8-10 yaşlı 60 şagird kitab əvəzinə kiçik noutbuklardan istifadə edəcəklər. İtaliyanın Olidata şirkəti tərəfindən buraxılmış məktəb noutbuklarında Windows əməliyyat sistemi quraşdırılıb. Çəkisi bir kiloqramdan az və 1,5 metr hündürlükdən düşərkən zərbəyə davamlı olan bu qurğular sukeçirməzdir. Məktəblilərin bu noutbuklar vasitəsi ilə internetə çıxışı xüsusi proqramın köməyi ilə məhdudlanacaq. Layihənin müəllifləri belə vəziyyətdə tədris xərclərini azaltmaq niyyətindədirlər. Olidata noutbukunun qiyməti 400 ABŞ dolları olduğu halda dərsliklərə hər il çəkilən xərclər 700 dollar təşkil edir. Valideynlər, həmçinin kompüterin tədris prosesinin yaxşılaşdırılması üçün nəzərdə tutulan bu layihəni dəstəkləyiblər. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|