Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Türkdili Ölkələrin Parlament Assambleyası yaradıldı    • Terror aktının qarşısını alınıb    • Müavini Heydərovu dinlətdirirmiş    • PKK-çı Naxçıvandan qaçdı    • Ədliyyənin rəsmi emblemi    • İlhamənin məhkəməsində qalmaqal    • Möminlər məsciddən qovuldu    • Neft gəlirləri açıqlanmır    • Havalar isinəcək    • Milli Ordunun daha bir əsgəri şəhid olub
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Kinonun "üz qaraları"

10.10.2008 19:04:24

Pis filmlər,
pis aktyorlar,
pis kinematoqraf...
  Dünya mədəniyyət, xüsusilə də kino məsələsinə bizim qədər ciddi yanaşmır. Əslində, bəlkə də biz düz eləyirik, axı kinoya bu qədər ciddi münasibət bəsləyən kinematoqrafımız belə bərbad gündədisə, görün, hələ qeyri-ciddi yanaşsaq, nə olar. Yaxşı, bəs dünyanın kinoya bəslədiyi o qeyri-ciddi münasibət nədən ibarətdir?

Bircə faktla başlayım. Siz bilirdiniz ki, Azərbaycan kino həvəskarlarının həyatına bir ordunu təkbaşına qırıb-qurtaran Rembo kimi, məğlubedilməz Rokki kimi lappadan soxulan məşhur aktyor Silvestr Stallone kino tarixində ən pis aktyorlardan biri hesab olunur? Və ya gözəl-göyçək Şaron Stounun baş rolda oynadığı “Əsas instinkt” filmi ötən il “Ən pis film” nominasiyasına təqdim olunub? Necə ola bilər – axı Silvestr Stallone ən çox qazanan aktyorlardan, “Əsas instinkt” ən çox gəlir toplayan fimlərdəndir.
Amma nə olsun? Kino “mütəxəssisləri” çoxdan “pis kino”nun gətirə biləcəyi “yaxşı gəlir” nəzəriyyəsini təsdiq ediblər. Hətta dünyanın müxtəlif kino məktəblərində məşhur rejissorlar, kino tənqidçiləri tələbələrə pis kinoya həsr olunmuş mühazirələr oxuyur... buna görə də, pis aktyorun və pis filmin məşhurlaşması artıq təəccüblü deyil.

Yaxşı kinoya “Oskar”, pis kinoya “Qızıl moruq”

İstedadlı və orijinal insanların kino ilə məzələnməyi sərhəd bilmir. 1980-ci ildə Ən prestijli kino mükafatı Oskara əks-arqument kimi “anti-oskar”, “Qızıl Moruq” təsis olundu. Əgər Oskar ilin Ən yaxşı aktyoruna, rejissoruna, ssenarisinə, nə bilim daha nəyinə verilirdisə, “Qızıl Moruğ”u ilin Ən pis akstyorları, rejissorları, ssenarçiləri və. b. alır. Mükafat Oskarın təqdimetmə mərasimindən bir gün əvvəl təqdim olunur. Bu urvatsız mükafata layiq görülənlərin əksəriyyəti adətən öz halal “mallarını” - xalis qızıldan “qabığı” olan yepyekə moruğu almağa gəlmirlər. Amma mükafatçılar gəldi-gəlmədi, mərasim keçirilir. Qonaqlar dəvət olunur, adlar açıqlanır, mükfatlar təqdim olunur...

Amerika prezidenti Corc Buş – ən pis aktyor

Adama elə gələr ki, bəlkə də bu pis aktyorlar nominasiyasında qalib gələnlər dünyanın ən bədbəxt, karyera sarıdan yarımayan aktyorlarıdır. Ay-hay! Bu siyahıda kimlər yoxdu? Dünyanın ən gözəl qadınlarından və aktrisalarından hesab edilən Paris Hilton dünya kinosu tarixində ən pis aktrisa elan olunub. Onun çəkildiyi “Gözəl qadın və əntər” filmi bütün zamanların ən pis filmi hesab olunur. Bu filmdən əvvəl çəkildiyi “Şokoladlı sarışın qız” isə ən az gəlir gətirən filmlərin reytinqinə başçılıq edir. Cennifer Lopes, Ben Afflek, Ancelina Coli, Şaron Stoun, Lourens Olivye, Madonna, Kevin Kostner, Arnold Şvartseneqqer kimi şöhrəti dünyanı saran isimlərin hamısı nə vaxtsa “ilin ən pis aktyoru” hesab olunublar. Maykl Murun “Forengeyt”ində öz rolunu oynayan Amerika prezidenti Corc Buş “pislərin pisi” sayılır. Prezident kimi də çox simpatiya görməyən fağır Buş yuxarıda adıçəkilən filmdən sonra aktyor kimi də iflasa uğradı.

Silvester Stallone isə aldığı “moruq”lardan əməlli-başlı “mürəbbə” bişirə bilər. O, bu mükafatı nə az, nə çox - düz 10 dəfə alıb. İndiyə qədər bu mükafatı ən çox alan film isə 8 “moruq”lu “Bilirəm, məni kim öldürüb” adlı ekran əsəridir. Filmin adını eşidəndə, millətin niyə hirslənib, filmə bu qədər “moruq” verməyini anlamaq mümkündü – belə də film adı olar?

Ən pis kinematoqraf – neft və milyonlar səltənətində

Hollivudda-zadda anti-mükafatla, ilin pis aktyoru nə bilim, nəyi kimi məsələlərlə məzələnirlər, amma neft və milyonlar səltənəti Səudiyyə Ərəbistanında vəziyyət doğrudan da faciəvidir. Təsəvvür edin ki, bu qədər pulu, nefti, hərəmxanası olan kişilərin ölkəsində ilk tammetrajlı bədii film bu yaxınlarda – bir-iki il əvvəl çəkilib. O vaxta qədər isə ölkənin kinematoqrafı ildə bir neçə sənədli film və ya dini motivli cizgi fimləri çəkməklə kifayətlənib. Amma ərəblər hələ arsız-arsız olmayan kinolarının festivalını keçirirlər. Ölkədə hansısa dini səbəblərdən “kino” sözü qadağan olunduğu üçün hər il “Vizual sənətlər festivalı” keçirilir. Elə kinoteatrı da bu yaxınlarda açıblar. Biletlər də ki, od qiymətinə. Ərəblərin puluna minnət! İndiyə qədər varlı ərəblər filmə baxmaq üçün şəxsi maşınlarında kilometrlərlə yol qət edib, Bəhreynə gedir, bir seansın biletinə 100 dollara yaxın pul ödəyə bilirdilərsə (ölkədə videokasetlərə, CD, DVD-lərə yazılmış fimlərin satışı qadağandır), elə ölkədələrindəki kinoteatra ödəyərlər də...
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » İlk siyasi triller filmi "Seçilən"
 » «Amerikanın səsi» gəlməyəcək!
 » “Amerikanın səsi”nə xəbərdarlıq
 » Yeni televiziya kanalı açılacaq
 » Mikki Maus 80 yaşında
 » TRT Azərbaycan türkcəsində
 » «Sprut»un ssenari müəllifi öldü
 » Peyğəmbərimiz (SAV) haqqında film
 » Qara xəbər: Ancelinanı itirdik
 » «Azərbaycan motivləri» mükafat aldı
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gizlənmək ustaları
Sonrakı >
< Əvvəlki
Gizlənmək ustaları
Bu məxluqlar təbiətin əsl gizlənmə ustalarıdır
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.