| |
Geri |
|
| |
 |
Kəbə Hakimliyi
25.01.2008 12:14:58
Kəbə Hakimliyi |
|
| |
Bəzi yerləri sellərdən yıxılan Kəbəyi təmir etməyə başlayan Məkkəlilər, sıra “Hacerülesved”i qoymağa gəlincə hər qəbilə bu şərəfə nail olmaq üçün bir-birilə yarışa girdilər, hətta buna görə dava da etdilər. Sonra doğru olduqlarına inandıqları Hz. Məhəmməd (s.ə.v.) hakim təyin edərək onun verdiyi qərara uymaqla razılaşdılar. O zaman 35 yaşında olan peyğəmbərimiz “Hacerülesved”i bir yayğının üzərinə qoydu və yayğının hər ucundan bir qəbilə başçısı tutaraq qaldırdı, Peyğəmbərimiz isə mübarək əlləri ilə “hacerülesved” daşını yerinə qoydu. Bununla da böyük bir anlaşımazlıq aradan götürülmüş oldu.
İlk Vəhy Hz. Məhəmməd (s.ə.v.) 40 yaşında ikən miladı təqvimlə 610-cu ilin Ramazan ayında bazarertəsi günü Məkkə yaxınlığında olan Hira dağındakı mağaraya çəkilmiş bütün varlığı ilə Allaha yönəlmişdi. Bu sırada Cəbrail (ə.s.) peyğəmbərimizə görünərək (Oxu) əmriylə başlayan Alak surəsinin ilk 5 ayətini oxuyaraq ilk Vəhy gerçəkləşmiş oldu. Peyğəmbərimiz tez evə gəlib Hz. Xədicəyə mənim üstümü örtün, çox üşüyürəm deyərək məsələni ona danışdı. Hz. Xədicə Hanif dinindən olan əmisinin oğlu Varaka Bın Nevfelə olanları danışdı. Varaka “and içərəm ki, sən peyğəmbər olacaqsan, kaşki yaşlı olmayaydım da xalqın səni Məkkədən göndərdiyi vaxt yanında olub sənə kömək ola biləydim” dedi... Vüsalə Çingiz
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|