| |
Geri |
|
| |
 |
Kamilləşmək
22.01.2008 03:21:31
Kamilləşmək
|
|
| |
Artıq keçmiş günlərimdə olduğu kimi, hər həftə sonları kimlərləsə gəzməyə çıxmaq istəmirəm.
Məni yoran münasibətlər, yeni tanışlıqlar, yeni simalar axtarmıram. Köhnə dostluqlarımı da saf-çürük etməyə, insanlarla münasibətlərimə məhdudiyyətlər qoymağa başlamışam. Gərəksiz insanları həyatımdan silmək istəyirəm. Süni və inanmadan danışmaq istəmirəm artıq. Məni anlamayanlarla danışmağı israf kimi görürəm, enerjimi məni başa düşənlər üçün saxlayıram. İstədiyimi danışmaq azadlığına sahibəm, bəyənmədiklərimi tənqid etmək və alternativ fikir ortaya qoymaq üçün kifayət qədər təcrübəm və yaşım var. “Mən demişdim”, “Mən bilirəm”, “Mən daha əvvəl hiss etmişdim” sindromunda olan insanları bir daha saf-çürük edirəm. İndiyə qədər qurduğum münasibətlərə nəzər saldıqca “yaxşı günün” və “pis günün” dostlarını bir-birindən ayırmağa başlayıram. Artıq “pis günün” dostlarına daha çox əhəmiyyət verirəm. “Yaxşı günün” dostunu tapmaq nə qədər asandırsa, “pis günün” dostunu tapmaq da o qədər çətindir. Bəziləri köçəri quşlar kimi isti ölkələrə uçub gedirlər, yalnız sadiq olanlar qalırlar. Bu yaşa gələnə qədər vaxtın nə qədər qiymətli olduğunu öyrəndim. Uzun və düz yollarla hədəfə çatmaq mümkün olduğu kimi, kəsə, ancaq kələ-kötür yollarla da hədəfə çatmaq mümkündür. Bunu həmin yollarla gedə-gedə öyrəndim. Artıq boş keçən hər saniyə vacibdir. Görüləsi çox iş var, ancaq daha özümü çox yormaq istəmirəm. Lazım gələndə “xeyr” deməyi öyrəndim. Bu söz ilk baxışdan başqaları üçün xoş gəlməyə bilər, ancaq yerində deyilmiş bu söz sənin həyatını dəyişdirə bilər. Sevgiyə əhəmiyyət verməli olduğumu bilirəm. Zaman keçdikcə əlimdə yalnız sevginin qalacağını da başa düşürəm. Sevgi bölüşdükcə çoxalır, kamilləşir. Ailəmə və dostlarıma daha əvvəl göstərmədiyim sevgini indi göstərirəm. Artıq bilirəm ki, gedənlərin arxasında yalnız gözəl əməllər qalır. Məndən təcrübələrimi, görüb eşitdiklərimi danışmağı tələb edirlər. Verdiyim cavablar onlar üçün çox mənasız gələ bilər, ancaq yenə də dinləyirlər məni. Ancaq mən bilirəm ki, yaşamadan heç nə öyrənmək mümkün deyil. Artıq daha qəşəng geyinirəm, şkafımda yığılıb qalan paltarlarımı böyük zövq və istəklə geyinirəm. Əvvəla, özümə gözəl görünməli olduğumu anlayıram. “Başqası bu geyimimə nə deyər”, - deyə bir dərdim də yoxdur artıq. Dostlarım və bütün sevdiklərim üçün yemək bişirmək xoşuma gəlməyə başlayıb. Əvvəllər mətbəx mənim üçün bir əzab yeri idisə, indi orada olmaqdan zövq alıram. Çünki sevdiklərim üçün əziyyət çəkirəm, onlar üçün nəsə edirəm. Artıq sevdiyim insanları daha çox düşünürəm. Xüsusilə, anamı xəyallarımda canlandırıram... Bütün bu danışdıqlarım, duyğularım, məndə baş verən bütün bu dəyişikliklər kamilləşdiyimə işarədir: yaşlanmanın, təcrübənin, geridə qalan illərin, böyük bir həyatın bir mərhələsində ortaya çıxan kamillik...
Can Dündar |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|