Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Bayılda 151 ev köçürüləcək    • NATO Rusiya ilə dialoqu bərpa edir    • Neftin qyiməti qalxıb    • Mövqelərimiz yenidən atəşə tutulub    • Azərbaycan gəmisi qəzaya uğradı    • Neft ucuzlaşmaqda davam edir    • Zahidov qardaşları atalarının yasına gəldilər    • Məmmədyarov Helsinkiyə getdi    • Bakıda məscid sökülür    • 40 min dəmiryolçu ixtisara düşəcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  İTM dəyirmi masa keçirdi

10.10.2008 14:27:31

"Azərbaycanda icbari tibbi sığorta proqramının tətbiqi prosesi çox ləng edir"
  Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyyə, Avrasiya Əməkdaşlıq Fondunun təşkilati dəstəyi ilə “Azərbaycanda icbari tibbi sığorta proqramının tətbiqi: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil edib. Dəyirmi masada yerli və beynəlxalq təşkilatların, hökumət və mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Dünya Camalova dəyirmi masanın Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta proqramının tətbiqi prosesinin hazırlıq və ilkin mərhələsinin monitorinqi” layihəsi çərçivəsində keçirildiyini bildirib. Onun sözlərinə görə, əvvəl məqsəd icbari tibbi sığorta proqramının tətbiqi prosesinin monitorinqi və təsirlərinin qiymətləndirilməsi olub: “Lakin proqramın tətbiqi sahəsində işlər çox ləng getdiyi üçün biz təsirləri qiymətləndirmək imkanında olmadıq. Buna görə də hazırlıq və ilkin mərhələnin monitorinqini aparırıq.”

Prosesin çox ləng aparıldığını bildirən D.Camalova hökumətin hələ də konkret fəaliyyətə başlamadığını deyib: “Qeyd edim ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılmasına dair prezident sərəncamı 2007-ci ilin dekabrında imzalanıb. Həmin sərəncamla Nazirlər Kabinetinə Agentliyin Əsasnamə layihəsini, ştat vahidi və strukturu barədə təkliflərini 2 ay müddətində prezidentə təqdim etmək tapşırılıb. Bizim sorğularımıza verilən cavablardan aydın olur ki, Agentliyin Əsasnamə layihəsi sentyabrın ilk ongünlüyündə prezidentə təqdim olunub. Halbuki səhiyyə naziri, onun müavinləri və Milli Məclis nümayəndələri Agentliyin ən uzağı mart ayından fəaliyyətə başlayacağını bildirirdilər. Bilirsiniz ki, icbari tibbi sığortanın tətbiqi Azərbaycanın səhiyyə sistemində kardinal dəyişikliklərin başlanğıcı olacaq. Bu prosesə hazırlıq mərhələsi yalnız səhiyyə deyil, digər istiqamətlərdə də böyük işlərin həyata keçirilməsini tələb edir. Lakin araşdırmalarımız və müşahidələrimiz göstərir ki, bu işlər yubanır və prosesin sürətləndirilməsinə böyük ehtiyac var.”

“Azərbaycanda səhiyyə islahatlarının maliyyə aspektləri və icbari tibbi sığortanın təşəkkülü” mövzusunda təqdimatla çıxış edən İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu isə öncə diqqəti Azərbaycanın dövlət büdcəsindən səhiyyə sisteminə ayrılan vəsaitlərin həcmindəki artım dinamikasına yönəldib. Onun dediyinə görə, 2005-ci ildən bəri dövlət büdcəsində səhiyyə xərclərinin payı azalan dinamika ilə gedib: “Düzdür, həcm etibarilə səhiyyəyə ayrılan vəsaitlər artır. Amma bu artım büdcə xərclərinin artım tempindən geridə qalır. Səhiyyə xərclərinin ÜDM-dəki xüsusi çəkisi də getdikcə azalır.”

Daha sonra Q.İbadoğlu səhiyyə islahatları sahəsindəki mövcud vəziyyətdən danışıb: “Səhiyyə sistemində islahatlar hələ 2003-2005-ci illəri əhatə edən Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının səhiyyə bölməsində nəzərdə tutulmuşdu. Həmin islahatlardan ən mühümləri ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və səhiyyədə adambaşına maliyyələşməyə keçid idi. Bölmənin icrası üzrə apardığımız monitorinq zamanı aydın oldu ki, bunlardan birincisinin reallaşdırılması üçün 5 pilot rayonda müəyyən işlər həyata keçirilib, amma nəticələr uğurlu olmayıb. İkinci və ən mühüm istiqamət isə icra olunmamış qalıb.”

Tibbi sığortayla bağlı dünya təcrübəsindən bəhs edən Q.İbadoğlu Dünya Bankının təşkilatçılığı ilə Azərbaycanda Estoniya, Bolqarıstan və Gürcüstanın təcrübəsinin öyrənildiyini deyib. O, həmçinin icbari tibbi sığorta proqramının hüquqi bazası barədə məlumat verib:” İcbari tibbi sığorta vəsaitlərinin formalaşdırılması mənbəyini Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri, icbari tibbi sığorta haqları və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar təşkil edəcək.

Sağlam Həyat İctimai Birliyinin rəhbəri Süleyman Cəbrayılov səhiyyə maliyyələşməsində tibbi sığortanın siyasət olaraq seçilməsinin müsbət hal olduğunu, lakin prosesin həddən artıq yubadılmasının çox mənfi hal olduğunu bildirib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Abuzər Məmmədov isə əsas işin dövlətin təqdim edəcəyi zəmanətli tibbi xidmət paketinin dəyərinin və tərkibinin müəyyənləşdirilməsi istiqamətində aparıldığını qeyd edib. Onun məlumat xarakterli çıxışından sonra tədbir müzakirələrlə davam etdirilib.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » 3 uşaq anasından HİV aşkarlanıb
 » İranda 18 min AİDS xəstəsi var
 » Reproduktiv Sağlamlıq Festivalı
 » Bu il AİDS-dən 39 nəfər ölüb
 » QİÇS-lə mübarizə günüdür...
 » Gənclər QİCS-ə qarşı
 » İnternetdə "xəstəlik xəstəsi" olmayın
 » Südə edilən müdaxilə ölümə səbəb olur
 » QİÇŞ-lə bağlı xüsusi kimossiya
 » Ürəyi qarnında olan uşaq
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gəbər PKK!
Sonrakı >
< Əvvəlki
Gəbər PKK!
Türkiyə Silahlı Qüvvələri PKK izində
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.