| |
Geri |
|
| |
 |
İranın Bakıdakı səfiri XİN-ə çağırılıb
30.04.2008 11:26:23
Naser Həmidi Zare görüşdən sonra bildirib ki, Buşehr AES-ə göndərilən avadanlıqla bağlı məsələ hələ açıq qalıb |
|
| |
İranın Bakıdakı səfiri Naser Həmidi Zare Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdən görüşdən sonra səfir «Azadlıq» radiosuna verdiyi açıqlamada bildirib ki, Buşehr atom elektrik stansiyasına göndərilən avadanlıqla bağlı problem müzakirə olunub və məsələ hələ açıq qalır. İranın ölkəmizdəki səfiri bildirib ki, Azərbaycan tərəfi məsələnin sırf texniki xarakter daşıdığını və gömrüklə bağlı olduğunu izah edib. «Bu, problem yox, mövzudur. Məsələnin texniki tərəfləri var və aidiyyatı orqanlar tərəfindən həll olunmalıdır. Bu həll olunacaq və bizləri istəməyənlərin arzuları ürəyində qalacaq». Bir qədər əvvəl isə xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdi ki, Tehranın Bakıya hansısa formada xəbər göndərməsi düzgün deyil. «Mətbuat vasitəsilə bizə bəyanat göndərirlər ki, yükləri buraxın. Biz belə bir dil başa düşmürük. Nədənsə bizə sadəcə cavab vermirlər. Əgər Rusiya səfirliyi Moskvadan tezliklə cavab alıb Azərbaycana versəydi, yəqin ki, məsələlər həll oluna bilərdi». Nazir müavini bildirib ki, məsələ rəsmi danışıqlar yolu ilə həll olunmalıdır. «Belə hay-küy qaldırmaqdansa, sadə bir iş görülməlidir - Rusiya lazım olan sənədləri təqdim etməlidir». Xatırladaq ki, mübahisəli avadanlıq martın 29-dan Azərbaycan-İran sərhədindəki Astara keçid məntəqəsində saxlanılır. Azərbaycan tərəfi bu yükün istifadəsi haqqında sənədləri tələb edir. Moskva isə bunu qanunsuz adlandırır və yükün tranzitinə dair bütün proseduralara əməl olunduğunu bildirir. Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni Azərbaycan tərəfindən yükü dərhal buraxmağı tələb edib. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|