| |
Geri |
|
| |
 |
İoahim Löv iddialıdır
10.10.2008 19:35:58
“Azərbaycan və Lixtenşteynlə oyunlarda xal itirməməliyik |
|
| |
«Rusiya ilə matçı komandamız üçün ən vacib və yeganə sınaq saymıram.
Əlbəttə, favoritlərdən biri digərini hər iki dueldə məğlub etsə, dünya çempionatının final mərhələsinə vəsiqə baxımından böyük üstünlük qazanacaq. Lakin Azərbaycan və Lixtenşteynlə oyunlarda xal itirsək, ruslar üzərində qələbə bizə heç cür kömək etməyəcək».
Bu fikirləri futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Rusiya yığması ilə sabah keçirəcəkləri 2010-cu il dünya çempionatının seçmə qrup matçı öncəsi təşkil olunan mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssisin fikrincə, dünya çempionatının 4-cü seçmə qrupunda Almaniya və Rusiyadan başqa Finlandiya da favoritdir: «Mən ciddi deyirəm. Görərik, Rusiya yığması oktyabrın 15-də finlərlə necə oynayacaq».
Qeyd edək ki, Dortmund şəhərində keçiriləcək Almaniya – Rusiya matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|