| |
Küveytdə keçiriləcək Azərbaycanın investisiya seminarı və ölkə təqdimatı təxirə salınıb. İxracın və investisiyaların təşviqi fondundan verilən məlumata görə, tədbirin bu ilin birinci yarısında keçirilməsi planlaşdırılır. Ölkə təqdimatında Azərbaycanın iqtisadi vəziyyəti çatdırılacaq və iki ölkə arasında iqtisadi əməkdaşlıq və ticari münasibətlər müzakirə olunacaq. Sonda iki ölkənin iş adamları arasında qarşılıqlı iş birliyinin yaradılması, yəni Küveytin iş adamlarının Azərbaycanda, yerli sahibkarlarında Küveytdə biznesinin formalaşdırılması nəzərdə tutulub.
|