| |
Rabitə Nazirlyi ölkədə internetin maya dəyərini müəyyənləşdirmək üçün araşdırma aparır. Yalnız bundan sonra qiymətin süni qaldırılması və ya normadan artıq olması barədə fikir söyləmək olacaq. Rabitə Nazirliyinin şöbə mübiri Rüfət Gülməmədovun verdiyi məlumata görə, bu məqsədlə internetin inkişafı üzrə koordinasiya şurası yaradılıb. Martın ortalarına qədər bu sahədə araşdırmalar aparılıb, hazırkı qiymətlərin real olub-olmaması müzakirə ediləcək. Bundan sonra qiymətlərlə bağlı təkliflər veriləcək. Mart ayında internetin qiymətinin ucuzlaşmasına gəlincə, Rüfət Gülməmmədov bunun bəzi pravayderlərin keçirdiyi reklam kompaniyaları olduğunu deyib. Qeyd edək ki, Azərbaycana internet şəbəkəsi bir-neçsə ölkədən keçib gəlir. Həmin ölkələrin öz dəyərini qiymətə əlavə etməsi internetin bahalaşmasına səbəb olur.
|