| |
Artıq “İndiana Cons və xrustal kəllə krallığı” filminin ilk rəsmi treyleri şəbəkələrdə üzə çıxıb. Bir Stiven Spilberq əsəri olan bu film məhşur arxeoloqun sərgüzəştlərini mavi ekranlara translasiya ediləcək. Filmdə hadisələr 50-ci illərin ortalarında baş verəcək. Filmin produseri Corc Lukasdı. Filmdə Harrison Ford, Şaya La Bef, Keyt Blanşet, Vilyam Hert kimi məhşur Hollivud aktyorları iştirak edəcəklər. Qeyd edək ki, filmin çəkilişləri artıq 2007 ci ilin iyun ayında start almışdı və filmin təqdim etmə mərasimi 2008 ci ilin 22 may tarixinə təsadüf olunacağı planlaşdırılır.
|