| |
Bakının mərkəzindəki Tolustoy 191 ünvanında yerləşən parkda şair İmadəddin Nəsiminin heykəli götürülüb.
"İmadəddin Nəsimi Bağ-Park kompleksi"nin ətrafı hasarlanıb, park isə tamamilə sökülüb. Parkı sökən fəhlələr heykəlin iki gün əvvəl götürüldüyünü bildirsələr də, hansı məqsədlə götürüldüyünü deməyiblər.
Yenidənqurma işlərinin sifarişçisi Aydın MTK şirkətidir. Şirkətin sədri Məmməd Məmmədov ANS PRESS-ə bildirib ki, həmin ərazidə prezident İlham Əliyevin sərəncamı ilə yeni 300 maşınlıq 3 mərtəbəli yeraltı qaraj tikiləcək.
Park isə qarajın üzərində yenidən salınacaq və şairin heykəli bərpa olunmuş vəziyyətdə yenidən qoyulacaq. M.Məmmədov qeyd edib ki, tikinti 18 ay müddətinə başa çatdırlacaq.
|