| |
Geri |
|
| |
 |
İlk dəfə olaraq yarı insan, yarı heyvan embrionu düzəldilib
02.04.2008 23:09:07
İlk dəfə olaraq yarı insan, yarı heyvan embrionu düzəldilib
|
|
| |
Elm adamları bu embrionlar vasitəsilə müalicəsi tapılmayan xəstəliklər mövzusunda araşdırma aparmaq istəyirlər İngiltərədə insanlığı hürküdən bir addım atılıb. İlk dəfə olaraq yarı insan, yarı heyvan embrionu (hibrid) düzəldilib. İngiltərədə «Newcastle» Universitetinin bir qrup elm adamı embrionu insan və sığır hüceyrələrindən düzəldiblər. Ebmrionların üç günə qədər yaşaya bildiyi və müxtəlif xəstəliklərin müalicəsi üçün aparılan tibbi araşdırmaların nəticəsində inkişaf etdirildiyi açıqlanıb. Embrionlar mikroskop altında insan embrionuna bənzəyir. Hələlik sadəcə araşdırma məqsədi ilə düzəldilən bu embrionların 14 gündən çox yaşamasına izin verilməyəcək. Elm adamları bu embrionlar vasitəsilə bədənin təməlini təşkil edən kök hüceyrələri almaq və bunların üzərində səbəbi bilinməyən, müalicəsi tapılmayan xəstəliklər mövzusunda araşdırma aparmaq istəyirlər.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|