| |
Geri |
|
| |
|
İkinci dövrəyə start veriləcək
11.02.2008 14:21:35
Futbol üzrə ölkə çempionatının güclülər dəstəsində ikinci dövrəyə start veriləcək. |
|
| |
Yüksək liqada çıxış edən klubular təlim-məşq toplanışlarını başa vurmaq üzrədirlər. Birinci dövrəninii çempionu «Olimpik» komandası hazırlığı paytaxtda davam etdirir. Şənbə günü «Olimpik» - «Qarabağ»la yoxlama matçında qüvvəsini sınayıb. Oyun 2-2 hesabı ilə başa çatıb. «Olimpik»-in heyətində qolların hər ikisini Fabio Luis Ramim vurub. «Xəzər-Lənkəran» kollektivi isə birlik kubokundan qayıtdıqdan sonra antalyada təlim – məşqini davam etirir. Dünən Ağasəlim Mircavadovun yetirmələri təlim–məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. «Baltika» ilə keçirilən oyunda qapılara qol vurulmayıb. Baxışda olan barzilyalı futbolçular məşqçilər korpusu tərəfindən bəyənilməyərək geri göndərilib. Yeri gəlmişkən «Xəzər-Lənkəran» futbol klubunun rəsmi internet səhifəsinin xəbərinə əsasən Zaur Ramazanov barəsində əhv qərarı çıxarılıb. Futbolçu klub rəsmiləri ilə görüşdə etdiyi intizamsızlığı ilə peşakarlıqdan uzaq olduğunu etiraf edib. Rəhbərlik və məşqçilər korpusu Ramazanovun heyətə qaytarılmasına dair qərar çıxarıb. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|