| |
Geri |
|
| |
|
İki yeni «Boeing» gətiriləcək
12.02.2008 18:08:53
Gələn il Azərbaycana iki yeni «Boeing» təyyarəsi gətiriləcək |
|
| |
Gələn ilin fevral ayında «Azərbaycan Hava Yolları» Dövlət Konserni («AZAL») ölkəyə yeni «Boeing 737-900» avialaynerini gətirəcək.
Bunu «AZAL»ın baş direktorunun müavini Sabir İlyasov bildirib: «Gələn ilin fevralında «Boeing 737-900», aprel-may aylarında isə «Boeing-787 Dream Liner» təyyarəsi ölkəyə gətiriləcək». «Boeign-787 Dream Liner» laynerləri MDB məkanında ilk dəfə olaraq Azərbaycan tərəfindən istifadəyə veriləcək. «Boeing» təyyarələrinin alınmasına dair saziş «AZAL» ilə «Boeing» şirkəti arasında ötən ilin fevral ayında imzalanıb. Xatırladaq ki, 2007-ci ildə «AZAL» ölkəyə 2 ədəd Fransa istehsalı olan ATR təyyarəsi gətirib. Bu il ərzində isə daha 4 ATR təyyarəsinin Azərbaycana gətirilməsi planlaşdırılır. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|