| |
Prezident İlham Əliyev mayın 22-də Ukraynaya səfəri çərçivəsində baş nazir Yuliya Timoşenko ilə görüşüb. Görüşdə ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin həcminin artması razılıqla vurğulanıb. Bildirilib ki, müxtəlif sahələrdə, o cümlədən maşınqayırma, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial var. Birgə iqtisadi komissiyanın işinin fəallaşdırılmasının vacibliyi vurğulanan görüşdə iqtisadi əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. |