| |
Geri |
|
| |
 |
Hz.Məhəmməd (s.ə.v.)
24.01.2008 11:35:54
Hz. Məhəmmədin (a.ə.v.) qısa həyatı |
|
| |
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.) Miladi 571-ci ilin Aprel ayının 20-si ilə üst-üstə gələn Rəbiul Əvvəl ayının 12-si bazar ertəsi günü sabaha qarşı Məkkədə dünyaya gəlib. Atası Abdullah Əbdülmütallib Qureyş qəbiləsinin Haşimoğlular nəslindəndir.Anası Əminə isə Qureyş qəbiləsinin Zührə oğullarından Vehibin qızıdır. Peyğəmbərimizin dünyaya gəldiyi gecə dünyada bir sıra qeyri-adi hadisələr baş verib. 1. O gecə İranda Hökmdar (Kisra) Sarayının 14 divarı yıxılmış. 2. Sava gölü qurumuş 3. Min illərdən bəri məsucilərin sitayiş etdikləri ocaqlar sönmüşdür. Bütün bu olanlar gələcəkdə İran səltənətliyinin yıxılacağına, Bizans İmperatorluğunun çökəcəyinə və büdpərəstlərin ortadan qalxacağına bir işarə idi.
Hz. Məhəmmədin (s.ə.v.) uşaqlığı Məkkənin havası ağır və isti olduğundan Məkkə əşrəfləri uşaqları daha sərin olan Bədiyə deyilən yerə süd analara verib əmizdirirmişlər. Hz. Peyğmbərimiz də Sad qəbiləsindən Həlimə adında bir süd anaya verilib. Süd anaya verilincəyə qədər Suveybe adında bir qadın əmizdirmişdir. Hz. Məhəmməd (s.ə.v.) süd anası Həlimənin yanında 5 ay qədər qalıb, sonra anasına qaytarılmışdır. Daha sonra Peyğmbərimiz 6 yaşına gəldiyində anası və xidmətçiləri Ümmü Eymən ilə birlikdə qohumlarını görmək üçün həm də atasının məzarını ziyarət etmək üçün Mədinəyə getmiş və 1 ay qaldıqdan sonra Məkkəyə dönmək məqsədilə yola çıxmışdır. Ebva deyilən kənddə anası vəfat etmişdir. Bununla da doğmadan 2 ay qabaq atasını itirən Peyğmbərimiz 6 yaşında da anasını son mənzilə yola salıb. Xidmətçiləri Ümmü Eymən tərəfindən Məkkəyə gətirilərək babası Əbdülmutallibə təslim edilib. Babasının vəfatından sonra 8 yaşında olan Peyğmbərimiz əmisi Əbu Talibin yanında qalıb. Əmisi əlindən gəldiyi qədər ona yetimliyini hiss etdirməməyə çalışıb. Onu öz övladlarından daha çox sevirdi. Əbu Talib ticarətçi idi. Peyğmbərimiz 12 yaşında ikən əmisi ilə Şam yaxınındakı Busra məhəlləsinə gedib. Orada Bahira adında bir Rahib Hz. Məhəmməd (s.ə.v.) görüncə onu simasında son peyğəmbər olacağını hiss edib, yəhudilərin ona pislik edəcəklərindən qorxub və əmisinə Məkkəyə geri dönməyi söyləyib. Əbu Talib isə malını orada sataraq tez geri dönüb.
Uşaqları Hz. Məhəmməd (s.ə.v.) 25 yaşına gəlincə varlı olan Hz. Xədicənin ticarətini etmək üçün Şama gedib. Ticarətdən döndükdən sonra 40 yaşında olan Hz. Xədicə ilə evlənib. Bu evlilikdən Qasım, Abdullah, Zeynəb, Ruqiyə, Ümmü Gülsüm və Fatimə dünyaya gəlib. İmran adındakı övladı isə Misirli Mariyədən doğulub.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|