| |
Hindistanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölkənin qərbində furqon avtomobillə yük maşını toqquşub. Yerli polisin məlumatına görə, qəza nəticəsində 24 nəfər həlak olub. Faciəli hadisə bu səhər Codxpur şəhəri yaxınlığında baş verib. Yerli polis nümayəndəsi bildirib ki, furqonlu avtomobilin adamla dolu olması tələfatın sayını artırıb. Hadisənin səbəbləri araşdırılır. Hindistanda iri qəzalar tez-tez baş verir. Hər il bu ölkənin yollarında minlərlə adam ölür. Qəzaların əsas səbəbi köhnə nəqliyyat vasitələri, yolların pis vəziyyətdə olması və yol hərəkəti qaydalarının pozulmasıdır. Bundan başqa, ayrı-ayrı bölgələrdə avtobus olmadığından sakinlər hərəkət üçün yük maşınlarından istifadə edir. |