Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Hərbi dərsliklər bərbad vəziyyətdədir

02.02.2008 02:38:36

Müəllimlər prezidentə müraciət ediblər
  "Orta məktəblərdə tədris olunan hərbi dərsliklər bərbad vəziyyətdədir"
Orta məktəblərdə tədris olunan hərbi dərsliklər bərbad vəziyyətdədir. Suraxanı və Xətai rayonunun bir neçə orta məktəbinin hərbi hazırlıq müəllimləri bununla bağlı prezidentə müraciət ediblər. 17 müəllimin imza atdığı sənəddə müharibə şəraitində olan bir ölkənin məktəblərində hərbi hazırlığın aşağı səviyyədə olduğu vurğulanır və prezidentdən dərsliklərin dəyişdirilməsi ilə bağlı müvafiq göstəriş verməsi xahiş edilir. Bu barədə Suraxanı rayon 270 saylı orta məktəbin müəllimi Rasim Bağışov məlumat verib. O bildirib ki, həm də yeni dərslik yazmağa iddialıdır. R.Bağışovun sözlərinə görə, 10-11-ci siniflər üçün nəzərdə tutulan gənclərin çağırışaqədərki hazırlığı fənninin dəsliklərindən bütün hərbi texnika, döyüş sursatları çıxarılıb.
Kitabın müəllifi olan Həbib Ocaqov uzun illər sualtı qayıqda işləyib. Hərbi ekspertlərin fikrincə, kitabda daha çox quru qoşunlarından və ümumi hərbi hazırlıqdan bəhs edildiyindən, dərsliklər üzərində dənizçi, tankçı, raketçi yox, konkret olaraq piyada qoşunlarında xidmət etmiş yüksək rütbəli şəxslər işləməlidir. Digər qoşun növlərində xidmət etmiş mütəxəssislər isə ona yardımçı olmalıdır. Bu kitabın tərtibatında isə dənizçinin, özü də sualtı qayıqda xidmət etmiş şəxsin birbaşa işləməsi dərsliyin tam və peşəkar nöqteyi nəzərdən hazırlanmasında problem yaradır. Ona görə ki, dənizçi quru qoşunlarının spesifikasını tam bilmir. Rasim Bağışov bildirib ki, bu səbəbdən də Həbib Ocaqovun müəllifi olduğu kitabda bir sıra problemlər var: «Adi elementar patronu götürək. Bir patronun hazırlanmasına 15 il lazım gəlir. Bunlar patronun yerinə gilizi göstərirlər».
Rasim Bağışovun sözlərinə görə, texniki göstərici silahın canı olsa da, dərsliklərdə bu da nəzərə alınmayıb. Məsələn, rus artilleriyasının Allahı Şıxlinski hesab edilir. Amma həmyerlimizin dünyada məhşur düsturu bu kitablarda özünə yer tapmayıb: «Yaxşı snayper hazırlamaq üçün o bu düsturları bilməlidir. Müasir Milli Orduya savadsız uşaq göndərməzlər».

Rasim Bağışov bildirib ki, dərsliklərdə standarta uyğun olmayan mövzular həddindən artıqdır: «Məsələn, bir mövzu 21 səhifədən ibarətdir ki, şagird hətta vunderkind olsa da belə, bunun öhdəsindən gələ bilməz. Və yaxud, dərslikdə məsələn, Fövləqadə Hallar Nazirilyinin bütün şöbələri sadalanır ki, buna qətiyyən ehtiyac yoxdur və bu, hərbi komisarlığa aid məsələlərdir. Şagirdə isə konkret elm lazımdır. Ruslarda kitab piyadanın döyüş maşını ilə başlayıır. Bizdə isə bunlar çıxarılıb».

Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinni müdiri Faiq Şahbazlı məsələ ilə bağlı bildirib ki, sözügedən dərsliklərə həm Müdafiə, həm də Fövqəladə Hallar Nazirlikləri, həm də Azərbaycan Pedoqoji Universitetinin müvafiq kafedrası rəy verib.

 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Magistraturaya qəbul imtahanı iyunun son ongünlüyündə keçiriləcək
 » Məzun günü təşkml ediləcək
 » Test kitabçaları artıq hazırdır
 » «Qafqazda ali jurnalistika təhsili layihəsi»
 » Azərbaycanda 6500 əcnəbi tələbə təhsil alır
 » Rüşvətxor universitetlərin adları açıqlandı
 » Məktəblərdə ciddi qanun pozuntuları yoxdur
 » Axundov adına kitabxana kitabların elektronlaşdırılmasına başlayıb
 » 2 Aprel Beynəlxalq uşaq kitabı günüdür
 » Müəllimələrə şalvar geyinməyə qoymurlar?
 
 Turan OSMANLI
  "Atom sobaları"
  İndi də qazın bolluğundan qırılırıq...
06.03.2008
 
 Vüsalə ÇİNGİZ
    Təhsil hamı üçün vacibdir!
 Bəhruz NAĞI
    Vətən müqəddəsdir!
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Təhsili inkişaf etdirmək üçün
 
Yeni m?kt?b binaları tikm?k
Maddi texniki bazanı yaxşılaşdırmaq
Mü?llim hey?tini yenid?n seçm?k
T?hsil nazirini d?yişm?k
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.