Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Hər zülmətdən bir qapı...

12.12.2007 18:22:35

Hər zülmətdən bir qapı, hər anda bir imkan var
  Sənə nə qədər çətin, nə qədər çıxılmaz görünsə də, bütün vəziyyətlərdən daha xeyirli, yəni daha az zərərli bir çıxış qapısı var.

“Kaş”lar, “eyvah”lar, hamısı boş və əfsanə. Keçən keçdi, üzülmə. Üzülməmək özü ən böyük qazancındır. İçində bulunduğun an sənin üçün fürsət qapısıdır. Dörd tərəfə yollar açılır üzünə, yaxşı düşün, hansı daha xeyirlidir? Seçimdə yanılma. Hər zaman bir qazancın, bir uğur yolun var qarşında, onu tapmağa çalış. Bir də son nəfəsə qədər çırpın. Əlini-qolunu sallayıb ölümü gözləmək bizə yaraşmaz.
“Titanik” filmində bir epizod var: filmin qəhrəmanını batan gəminin ucqar kayutalarından birində boruya bağlayırlar. Su boğaza çıxıb. Amma sevgilisi bir an belə dayanmır və axtarıb onu tapır. Qızın özünün ölüm təhlükəsi başının üstündə hərlənir. Amma sevgilisini azad etmək üçün son nəfəsinə qədər çırpınır, nəhayət, yanğınsöndürmə baltasını tapıb gətirir və qəhrəmanı azad edə bilir.
Sonuna qədər savaşmaq budur. Xilas etmək üçün hər imkana baş vurmaq, hər yolu sınaqdan keçirmək gərəkdir. Bəzən bu cəsarət insana həyatı bahasına da başa gələ bilər. Amma xilas etmək istəyən həyatını riskə atmağı bacarmalıdır.
“Eyvah”lar, “kaş ki”lər var bu dünyada. Bəzən bu təəssüflər yük olub boynumuzdan asılır, əlimizin, qolumuzun heyini kəsir. Ən acı təəssüf son nəfəsin “eyvah”ıdır. Çünki artıq yol tükənib, möhlət tamamlanıb. Xətalar göz qabağında, amma qurtuluşa fürsət qalmayıb.
Hər çıxılmaz yolun bir çıxış qapısı, hər ağır durumun bir qurtuluş imkanı var. Keçmişə heyfsilənmək zəif ruhların işidir. O qədər eşidirik ki, qulağımız yağır olub: filan vaxtı filan yerdə bir dükan tiksəydik, indi bəy balası kimi yaşayırdı; aeroportda iki dükan alsaydı, indi qayğısı olmazdı; ucuz vaxtı iki ev götürüb kirayə versəydi, indi bu qədər əziyyət çəkməzdi; rayonların birində 10 hektar torpaq götürüb heyvandarlığa girişsəydi, indi özünü əməlli-başlı tutmuşdu... Bu “eyvah”ları, bu “kaş ki”ləri nə qədər desən, uzatmaq olar. Amma üzüntü onsuz da bir şey verməyəcək, amma heç düşünmürsən ki, bəlkə də sənin üçün ən xeyirli olan elə bu imiş. Heç ağlına belə gətirmirsən ki, keçmişlə bağlı qurduğun o xəyalda səni hansı fəlakətlər gözləyirdi. Sən bu yolu tutub gəldin. Amma başqa ehtimallar, başqa variantlar da vardı. Bu həyatı yaşadın, qismətin bu imiş. Əsas məsələ özü ilə, həyatı ilə barışmaqdır. Əgər həqiqətən də nəsə qazanmaq istəyirsənsə, sağına-soluna yaxşı diqqət elə. Mütləq bir ipucu var və o ipucunu tutub mətləbinə doğru getməlisən. Allah-Təala bəndəsinin ürəyinə baxar, ona niyyətinə görə dəyər verər. İnsan keçmişə yox, gələcəyə baxanda daha güclü olur.
Xoşbəxt insan öz taleyi ilə barışan, hər şeyini Allah-Təalaya təslim edən və Ondan hər şeyin xeyirlisini istəyəndir. Bizim üçün nəyin xeyirli, nəyin zərərli olduğunu biz bilmirik, Allah bilir. Amma bizə verilmiş iradə adlı bir imkanla seçim edə bilirik. Elə o seçim üçün də məsuliyyət daşıyırıq. Qarşımızdakı variantlar üzümüzə açılmış yollar kimidir və hansı yolun hansı mənzilə gedib-çıxacağı da irəlicədən açıq-aydın xəbər verilməkdədir. Xeyirlisini istəmək və Allah-Təalanın verdiyinə məmnun olmaq nə qədər də xoş, nə qədər də gözəl bir duyğudur. İnsan məhz bu duyğu ilə rahatlıq tapır.
Sağımıza-solumuza bax, o qədər “ey kaş”lar, “eyvah”lar var ki... Amma unut hamısını, irəli bax. Unutma ki, hər an itirəcəyin nəsə bir şeyin var, hər an qarşında açılmış bir imkan var. Əslində hər anın özü böyük bir imkandır. Əsas məsələ o imkanı dəyərləndirmək, sabaha inamla baxmaqdır.

 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Cəza cinayətə uyğun olmalıdır
 » Hər kəsin haqqını versək...
 » Bu, qədərdir, qaçmaq olmaz
 » Hələ ki...
 » Hər zamankından daha çox möhtacıq
 » Bu, qədərdir, qaçmaq olmaz
 » Çırılçılpaq Avstriya
 » Qasırğa deyil, tale quşu vurdu
 » Yaşa görə siqaret!
 » Ayaqsız atlet Olimpiyadada yarışacaq
 
 Turan OSMANLI
  "Santa Klaus" xəstəliyi
  Saxta babaların bayramları...
 
 Vüsalə ÇİNGİZ
    Şər deməsən xeyir gəlməz!
 Bəhruz NAĞI
    Hər anın öz hökmü var
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Hansı ölkədə yaşamaq daha təhlükəsizdir
 
ABŞ
Böyük Britaniya
İsveçrə
Azərbaycan
İran
Rusiya
Afrika ölkələri
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.