Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Türkdili Ölkələrin Parlament Assambleyası yaradıldı    • Terror aktının qarşısını alınıb    • Müavini Heydərovu dinlətdirirmiş    • PKK-çı Naxçıvandan qaçdı    • Ədliyyənin rəsmi emblemi    • İlhamənin məhkəməsində qalmaqal    • Möminlər məsciddən qovuldu    • Neft gəlirləri açıqlanmır    • Havalar isinəcək    • Milli Ordunun daha bir əsgəri şəhid olub
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Hər xeyir, Haqqdan gəlir

07.10.2008 15:24:40

Hər gün dünyamızda yeni hadisələr baş verir. Bir yerdə uçqun, dünyanın başqa bir tərəfindən yanğın, bir yerdə də tufan və yağmur.
  Hələ zəlzələləri demirik. Və təbii ki, insan ölümü ilə nəticələnən bütün bu hadisələrə üzülürük, ağrıyırıq, bəzən göz yaşları da tökürük. Bütün bu hallar normaldır. Başqalarının ağrısını öz qəlbində hiss eləmək yaxşı cəhətdir. Amma bir şeyi də unutmayaq ki, bütün bu baş verən hadisələr ilahi iradənin təcəllisidir. Yəni hər şey Uca Allahın iradəsi və istəyi ilə baş verir: sunami də, zəlzələ də, yanğın da, tufan da. Əsas məsələ insanın həyatdan doğru-düzgün nəticə çıxarması, baş verən hadisələri oxuya bilməsi, qarşısında duran vəzifələri yerinə yetirməsidir. Təbii ki, bir insan olaraq biz bu təbii hadisələr qarşısında hələ acizik. Yəni zəlzələ və ya yanğın hadisəsinə qarşı çıxmaq iqtidarında deyilik. Amma bir insan olaraq irəlicədən tədbir görməliyik. Və hətta tədbir görməyə borcluyuq. Məsələn, evimizi tikəndə gərək bir vaxtlar zəlzələ başvermə ehtimalını da nəzərə alaq. Evimizi elə yerdə tikməyək ki, çay daşanda yuyub aparsın... Bunlar ümdə məsələlərdir. Yəni bir müsəlmanın həyat prinsipləridir. Tədbir çox önəmli məsələdir. Tədbir gələcəyə qarşı hazır olmaqdır. Biz öz gücümüz nisbətində tədbir görə bilirik. Əgər baş verəcək hadisə, yəni gələcək bəla bizim gücümüzü aşacaq ölçüdədirsə, bu, artıq İlahi iradədir.
Biz başqa məqama diqqət çəkmək istəyirik. Kənardan baxanda deyirik ki, zəlzələ Allah-Təalanın iradəsidir, amma bu dəhşətli hadisənin arxasında insan faktorunu unuduruq. Yəni zəlzələnin Allah əmri olduğunu qəbul eləməklə yanaşı, bu hadisənin baş verməsində insanın rolunu da inkar etmək doğru deyil. İslami düşüncədə insan faktoru heç vaxt hadisələrin xaricində götürülmür. Allah-Təala külli iradə Sahibidir, yəni hər şey Onun istəyi ilə və istədiyi kimi baş verir. İnsan isə cüzi iradəyə malikdir. Özünüz düşünün: əgər insan iradə sahibi olmasa, öz əməllərinə görə məsuliyyət də daşımazdı. Bu mənada insanın gələcək taleyində nə vaxtsa işlədiyi əməllərin rolunu inkar eləmək olmaz. Yəni başımıza gələn fəlakətlər sınaq olmaqla yanaşı, həm də o hansısa əməllərimizin nəticəsi kimi qarşımıza çıxır.
Həzrəti Musanın həyatına diqqət yetirəndə çox şey məlum olur. Misirlilər onun gətirdiyi İlahi təlimi qəbul etmədikcə, bəla üstündən bəla gəlir. İlk müsibət tufanla gəlir, sonra hər yeri çəyirtkə basır. Bu müsibətlərdən sonra bit ev-eşiklərini bürüyür, rahatlıqlarını pozur, ardınca qurbağa basqını gəlir, nəhayət, əl vurduqları hər şey qana çevrilir... Misirlilər hər dəfə bu müsibətlər qarşısında məğlub olur, Həzrəti Musanı tapıb, Allaha dua etməsi üçün yalvarır, bəla sovuşandan sonra yenidən əvvəlki kimi küfrə davam edirlər. Nəhayət, Həzrəti Musanı və onunla birlikdə qaçan yəhudiləri təqib edən misirlilər Qırmızı dənizin dalğaları arasına gömülür. Son anda Fironun tövbəsi qəbul olunmur.
Əgər Misir qıptiləri (yerli əhali) bir qədər ağıllı olsaydılar, başlarına gələn hadisələri doğru-düzgün dəyərləndirə bilsəydilər və Haqq yolunu tutsaydılar, yəqin ki, heç bu müsibətlər də başlarına gəlməzdi. Amma nə edəsən ki, kor gözlər dünyaya baxsa da, qarşısındakı gerçəkləri görə, duya bilmir.
Bəli, hadisələri oxuyub doğru-düzgün nəticə çıxarmaq çox böyük məsələdir. Hər kəs öz mühitində, öz çevrəsində baş verən hadisələri diqqətlə araşdırmalı, sabaha doğru qərarlar qəbul etməlidir. Amma Allahın əmri və Peyğəmbərimizin buyruğu bu işdə ölçü, meyar kimi qəbul olunmalıdır. Yəni bəndənin hər hansı qərarı bu mənbələrlə uzlaşdırılanda xeyir verər. Yox, əgər kiminsə planları və düşüncələri bu dediyimiz mənbələrə ziddirsə, əmin ola bilərsiniz ki, o plan və niyyətlər kimsəyə fayda verməz.
Demək istədiyimiz odur ki, siz də ətrafınıza fikir verin, siz də sağınıza-solunuza yaxşı baxın, başınıza gələn hadisələri ciddi-ciddi araşdırın və bir də unutmayın ki, hər hansı bir hadisədə xətanın səbəbini özündə axtaranlar nəticə etibarilə xeyir qazanırlar.


zaman
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Mənəvi rahatlıq üfüqü
 » İnsanın orta yaş həddi 120 il
 » Bunları Tək Yaradan yaratdı!
 » Bu dünya kimə qismət?
 » Bildiyini anlamaq, anladığını yaşamaq
 » Haqq Günü
 » Prinsipial həyat yaşamaq
 » Bunları bilirsinizmi?
 » Allahın əmrinə təslim olan ana
 » Reallıqlar və doğrular
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gizlənmək ustaları
Sonrakı >
< Əvvəlki
Gizlənmək ustaları
Bu məxluqlar təbiətin əsl gizlənmə ustalarıdır
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.