Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • NATO Rusiya ilə dialoqu bərpa edir    • Neftin qyiməti qalxıb    • Mövqelərimiz yenidən atəşə tutulub    • Azərbaycan gəmisi qəzaya uğradı    • Neft ucuzlaşmaqda davam edir    • Zahidov qardaşları atalarının yasına gəldilər    • Məmmədyarov Helsinkiyə getdi    • Bakıda məscid sökülür    • 40 min dəmiryolçu ixtisara düşəcək    • PKK-ya sarsıdıcı zərbə
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Hər işdə bir hikmət gör

18.09.2008 22:09:00

Hər səhər gözümüzü bir yeni xəbərlə açırıq dünyaya. Hər addımda bir imtahan, hər qapının arxasında bir sual gözləyir bizi.
  Sağımızda, solumuzda hər şey dəyişir, hər şey yenilənir. Dünyanın dörd tərəfindən fərqli xəbərlər alırıq hər gün. Bir yerdə uçqun var, bir yerdə daşqın, bir yerdə baş vermiş zəlzələ nəticəsində yüzlərlə adam uçqunlar altında can verir. Qəfil bir sunami ilə yüzlərlə insanın həyatı bir andaca sona çatır. Qocaların, cavanların hələ ayağı yer tutub yeriyə bilməyən körpələrin ölümünə üzülürük, ağrıyırıq, ağlayırıq, özümüzdən asılı olmayaraq gözlərimizdən yaş süzülür. Amma heç düşünmürük ki, bütün bu baş verənlər normal hadisələrdir, dünyanın təməlindən bəri belə olub, bundan sonra da belə olacaq. Başqalarının dərdini özününkü kimi yaxın bilmək, başqaları üçün ağrıya bilmək, ağlaya bilmək əslində insanlıq əlamətidir, çox gözəl xüsusiyyətdir. Bu dediklərimizi düşünərkən gərək onu da fikrimizdən çıxarmayaq ki, təbiət hadisələri adlandırdığımız bütün bu baş verənlər əslində ilahi iradənin təcəllisidir. Yəni hər şey Uca Yaradanın iradəsi və istəyi ilə baş verir: sunami də, zəlzələ də, yanğın da, daşqın da... Onun iradəsi və istəyi olmadan bir yarpaq belə budaqdan qopub yerə düşməz.
İnsanın qarşısında duran əsas məsələ sağında, solunda baş verən hadisələri doğru-düzgün oxuya bilmək, gördüklərindən nəticə çıxarmaqdır. Nəticə çıxarmaqla yanaşı, qarşımızdakı digər əsas vəzifə də tədbir görməkdir. Əgər yaz ağzı sel suları qıjıltı ilə axdığı bir dərənin dodağında ev tikirsənsə, 4-5 ildən sonra ev-eşiyin sel ağzında sovrulanda gərək başqa kimsəni yox, ancaq özünü qınayasan, özünü ittiham edəsən. Və ya seysmik zonada çoxmərtəbəli ev tikirsənsə və tikərkən də inşaatın tələblərinə əməl eləmirsənsə, real fəlakəti hər an gözləməlisən və baş verəndə də təqsiri özündə görəsən.
Bəli, bu saydıqlarımızın qısa adı tədbirdir. Tədbir müsəlmanın həyat prinsipidir. Tədbir gələcəyə qarşı hazır olmaqdır, təhlükələrdən, bəlalardan yaxa qurtarmaq üçün əməli duadır.
Başqa bir məqama diqqət çəkmək istəyirik. Baş verənləri kənardan müşahidə edirik və deyirik ki, zəlzələ Allah-Təalanın iradəsidir. Bu, əlbəttə, belədir, amma bu dəhşətli hadisənin arxasında insan faktorunu axtarmırıq. Yəni zəlzələnin Allahın iradəsi ilə baş verdiyini qəbul etməklə yanaşı, bu hadisənin arxasında insanın müəyyən rolu olduğunu da inkar etməməliyik. İslami düşüncədə insan faktoru heç vaxt hadisələrdən kənarda götürülmür. Allah- Təala külli iradə Sahibidir, yəni hər şey Onun istəyi ilə və istədiyi kimi baş verir. İnsan isə Allahın verdiyi cüzi iradəyə malikdir. İnsanın yaradılmışlar arasında yerini tutmaqda önəmli rol oynayan amillərdən biri də elə onun iradəsidir. Bu iradə insanın çiyinlərinə məsuliyyət yükləyir. Məhz bu iradə sayəsində insan hər bir əməlinin hesabını verməli olur. Məsələni bir qədər açıqlamalı olsaq, deməliyik ki, insanın başına gələn işlərdə özü də az rol oynamır. Başımıza gələn fəlakət bir sınaq olmaqla yanaşı, həm də ola bilsin ki, hansısa əməlimizin məntiqi nəticəsidir.
Bu mənada peyğəmbərlərin həyatı bizlər üçün misilsiz örnəklər mənbəyidir. Ağlını işlədənlər, təvazö yolunu tutanlar, xətalarını etiraf etməyi bacaranlar, hər yanlışdan bir doğru nəticə çıxaranlar hər zaman xoşbəxt sonluğa qovuşublar. Xətasında inad edənlər, saxta qürurunu həqiqətdan üstün tutanlar isə həmişə narazı, həmişə gileyli və nəhayət sonu uğursuzlardır. Baxmaq azdır, görə bilməyi bacarmaq lazımdır. Görmək də azdır, gördüklərini anlamaq, hadisələri oxumaq gərəkdir.
Hər kəs öz mühitində, öz ətrafında baş verənləri diqqətlə araşdırmalı, sabahla bağlı doğru qərarlar çıxarmalıdır. Qərar çıxararkən də Allahın kitabı rəhbərimiz, Rəsulullahın buyurduqları yolumuz olmalıdır. Çünki xeyrə, bərəkətə, səadətə gedən yol ancaq bu istiqamətdədir. Əgər insanın qərarı bu istiqamətdə deyilsə və onun cüzi iradəsi Allah-Təalanın külli iradəsi ilə uzlaşmırsa, əmin ola bilərsiniz ki, o planlar, o niyyətlər sahibinə fayda verməz.
Bəli, hər səhər yenidən doğulurmuş kimi bu dünyaya göz açanda gözlədiyimiz və gözləmədiyimiz müxtəlif xəbərlər eşidirik. Gün ərzində ağlımıza gəlməyən hadisələrlə üzləşirik. Hər işdə bir hikmət, hər hadisədə bir ibrət var. Bizə düşən bu hadisələr içində gerçəyi görmək, doğru nəticə çıxarmaqdır. Bir söz var: pəhləvan hər yıxılanda bir fənd öyrənər. Fənd öyrənmək elə dediyimiz o nəticəni çıxara bilməkdir. Onu da unutmayaq ki, başına gələn hər hadisədə hər kəsdən və hər şeydən öncə özünü ittiham edənlər və sorğu-suala çəkənlər nəticə etibarı ilə xeyir qazanarlar.

Zaman
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Elm də “Amin!” dedi
 » Ah bu kor inad, kor inad
 » Yuxularınızı hər kəsə danışmayın
 » İnsan üzlü balıq tutuldu
 » Tazmaniya adasında 64 balina intihar etdi
 » Divarda boş məzar yeri
 » Mənəvi rahatlıq üfüqü
 » İnsanın orta yaş həddi 120 il
 » Bunları Tək Yaradan yaratdı!
 » Bu dünya kimə qismət?
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gəbər PKK!
Sonrakı >
< Əvvəlki
Gəbər PKK!
Türkiyə Silahlı Qüvvələri PKK izində
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.