| |
Geri |
|
| |
 |
Hər ay bir heyvan növünün nəsli kəsilir
22.05.2008 18:12:01
Bu gün dünyada heyvan növlərinin beşdə birinin nəsli kəsilmək üzrədir. |
|
| |
Bu barədə dünya içtimayyətinə müraciət edən BMT həyacan təbili çalır. 2050-ci ildə insanların sayının 50 faiz artacağını bildirən BTM rəsmiləri biomüxtəlifliyin korlanmasının ağır fəsadlara gətirib çıxaracağını bəyan edib. Yeri gəlmişkən, bu gün həm də dünyada bioloji müxtəliflik günüdür. Zəngin flora və faunaya malik Azərbaycan üçün də bu böyük əhəmiyyət kəsb edir. Bioloji müxtəlifliyin pozulması hər ay təxminən bir heyvan növünün nəslinin kəsilməsi ilə nəticələnir. Məlumatı yayan bmt rəsmiləri çıxış yolunu kənd təsərrüfatına və qoruqların yaradılmasına diqqəti artırmaqda görür. Azərbaycan da analoji problemlə üzləşib. Son illər bəzi növlərin nəsli kəsilmə təhlükəsi var. Mütəxəsisləri Azərbaycanda qonur ayı və Şərqi Qafqaz turlarının azalması daha çox narahat edir. Gələn il nəşr olunacaq yeni «Qırmızı kitab»-da bu növlərin də yer alacağı bildrilir. Ümumiyyətlə, yeni «Qırmızı kitab»-a 250 mindən çox bitki, 170-dən çox heyvan növü daxil ediləcək. Yeni nəşr əvvəlki «Qırmızı kitab»-dan əsaslı sürətdə fərqlənəcək. Ölkə başısının biomüxtəlifliyin qorunması ilə əlaqədar verdiyi fərmana əsasən isə yeni qoruqlar yaradılır. Hazırda ölkəmizdə qeydiyyatda 25 min cücü, 107 məməli heyvan, 100 balıq və 1300-ə qədər sərbəst yaşayan parazit növü var. Görülən tədbirlər davam etdirilməsə, bu növlərin nümayəndələrini biz yalnız burada - Zoologiya Muzeyində görə biləcəyik. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|