| |
ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Barayza, Bernar Fasye və Yuri Mezlyakov Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı birgə bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, həmsədrlər Dağlıq Qarabağda insan ölümü ilə nəticələnmiş atışmaların baş verməsindən dərin təəssüf hissi keçirir, tərəfləri atəşkəs rejiminin bərpa olunmasına, gələcək qarşıdurmalardan və zor tətbiqinin genişlənməsindən çəkinməyə çağırır. Bəyanatda həmçinin atəşkəs rejiminin artıq bərpa olunduğu bildirilir. Həmsədrlər bir daha bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil və bu cür hərəkətlər bütün regionda sabitliyə zərbə vura bilər. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baza prinsiplərini tərəflər arasında razılaşdırmaq istiqamətində səyləri daha da artıracaqnlarını bildirirlər. Bəyanatda həmsədrlər Azərbaycan ərazi bütövlüyünü dəstəklədiklərini və Dağlıq Qarabağın statusunun danışıqlar predmeti olduğunu bir daha vurğulayıblar. |