| |
Geri |
|
| |
 |
Hamiləlik vaxtı həddindən artıq ürək bulanma və qusma təhlükəlidir
09.02.2008 10:09:49
Hamiləlik vaxtı həddindən artıq ürək bulanma və qusma təhlükəlidir |
|
| |
Ürək bulantısı və qusma hamiləliyin ilk aylarında çox rastlanan bir problemdir. Əsasən səhər olmaqla bərabər günün müxtəlif saatlarında ola bilər. Mütəxxəssislər hamiləlikdə ürək bulantısı və qusmanın əksəriyyət hallarda zərərli olmadığını ancaq şiddətli olduğu zaman ana və uşağın sağlığına təsir göstərə biləcəyini deyiblər. Bulantı və qusma yemək və su qəbul etməyinizə mane olursa və kilo vermisinizsə deməli həkiminə müraciət etməlisiniz. Belə hallarda səhər yataqdan yavaş qalxın, bir neçə dəqiqə yatağınızın küncündə əyləşin. Yataqdan çıxmazdan qabaq az miqdarda quru çörək yeyin. Ayağa qalxdıqdan sonra pəncərələri açın. Gün boyunca çox su qəbul edin. Soyuq içkilər daha məsləhətlidir. Gün ərizndə 5-6 dəfə yemək yeyin. Mədənizin tam boşalmasını gözləməyin. Yeməkdən sonra dik oturun, uzanmayın. Sizi narahat edən qoxulardan uzaq durun. Yağsız və ya az yağlı yeməklər üstünlük verin. Lakin ayaq üstə durmaqda çətinlik çəkirsinizsə, ürəyinizdə tez-tez döyünmə olursa, qanlı qusursunuzsa mütləq həkimə müraciət edin.
Vüsalə ÇİNGİZ
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|