Elçibəyin səsi !.. Axtar: 
   • ABŞ İrana hücum edəcək?    • Samboçularımız 3 bürünc medal qazandı    • Gürcüstan prezidenti Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edib    • Gürcüstanla Rusiya arasındakı gərginlik silahlı qarşıdurma mərhələsinə kecə bilər    • "Soyqırım" iddialı ermənilər latındilliləri qəzəbləndirib    • Milli Məclis AXC-nin yubileyinə hazırlaşır    • Rusiyalı iş adamlarına xəbərdarlıq edilib    • Tibb işçilərinin maaşları 30% artırılacaq    • Cəbhədə mövqelərimiz atəşə tutulub    • ABŞ gəmisi İran gəmisinə atəş açıb
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Gürcüstanla Rusiya arasındakı gərginlik silahlı qarşıdurma mərhələsinə kecə bilər

30.04.2008 11:13:12

Rusiyanın tanınmamış Osetiya və Abxaziyada olan vətəndaşlarını qoruyacağına dair bəyanatına cavab olaraq Gürcüstan istənilən təcavüzkar hərəkətin cavabsız qalmayacağını bildirib
  Rusiya ilə Gürcüstan arasındakı gərgin münasibətlər növbəti- silahlı qarşıdurma mərhələsinə kecə bilər. Belə ki, rəsmi Moskvanın tanınmamış Osetiya və Abxaziya respublikasında olan vətəndaşlarını qoruyacağına dair bəyanatına cavab olaraq Gürcüstan tərəfi istənilən təcavüzkar hərəkətin cavabsız qalmayacağına vəd verib.

Rusiyanın Müdafiə Nazirliyi Gürcüstanı Rusiya sülhməramlılarına qarşı təxribatda ittiham edib. Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilir ki, Rusiya sülhməramlıları tanımamış Abxaziya və Cənubi Osetiyadakı Rusiya vətəndaşlarına qarşı istənilən güc tətbiqi cəhdinə adekvat və sərt cavab verəcək.

Rusiya hökumətində üçüncü şəxs hesab olunan Federasiya Şurasının sədri Sergey Mironov da tanınmamış Abxaziya və Cənubi Osetiyada yaşayan rusiya vətəndaşlarının həyatı üçün təhlükə yaranacağı təqdirdə, Rusiya tərəfindən güc tətbiqinin məqsədəuyğun olduğunu bildirib. O, Rusiya Xarici İşlər Nazirliynin bu məsələ ilə bağlı bəyanatının isə siqnal olduğunu deyib.

Artıq Gürcüstan tərəfi də təhdidə təhdidlə cavab verib. Rəsmi Tiflis Rusiyanın Gürcüstana qarşı hər hansı təcavüzkar hərəkətinin cavabsız qalmayacağını bəyan edib. Rusiyanın «İnterfaks» agentliyi Suxumidəki mənbəyə istinadən tanınmamış Abxaziya ilə sərhəddə, Kodor dərəsinin yuxarı hissəsində 7 minə yaxın gürcü hərbçisinin toplaşdığı haqda məlumat yayıb. Hərbi qüvvələrin 2,5 mininin ehtiyatda olan hərbçilər olduğu bildirilir. Aprelin 29-da Rusiyanın Xarici İşlər Nazirliyi də Kodor dərəsinin yuxarı hissəsində Gürcüstanın polis qüvvələri və hərbçilərinin sayının artırılması haqda məlumat yayıb. Bəyanatda onların sayının 1500-ə çatdığı və bununla Gürcüstanın hərbi əməliyyatlar üçün plasdarm hazırladığı bildirilir.

Rusiyanın Xarici İşlər Nazirliyinin aprelin 29-da yaydığı digər bəyanatında isə Rusiya gürcü-abxaz münaqişəsi zonasında sülhməramlıların sayını artıracağı haqda məlumat yayılıb. Gürcüstanın avrointeqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze Rusiya Xarici İşlər Nazirliynin bu bəyanatını «həyasızlıq» adlandırıb. G.Baramidzeyə görə, sülhməramlı əməliyyatlardan danışmağa Rusiyanın nə siyasi, nə mənəvi, nə də hüquqi haqqı yoxdur.

NATO-nun Brüsseldə 26+1 formatında keçirilən sammitində də gürcü-abxaz münaqişəsi zonasında baş verənlər əsas müzakirə mövzularından biri olub. Rusiyanın NATO-dakı xüsusi nümayəndəsi Dmitri Raqozin Şimali Atlantika blokunın baş katibi Yap De Xop Skefferlə görüşündə Gürcüstan rəhbərliyinin bəyanatları ilə bağlı rəsmi Moskvanın mövqeyini çatdırıb. Rusiya rəsmisi çərşənbə günü məsələni NATO-Rusiya şurasının iclasında da müzakirə etməyə hazır olduğunu bəyan edib: «Gürcüstan özünü təxribatçı kimi aparır. Belə təəssürat yaranır ki, hansısa məsuliyyətsiz müharibə üçün bəhanə axtarır».

NATO-nun rəsmi nümayəndəsi Ceyms Appaturay isə Gürcüstan televiziyasını onun sözlərini təhrif etməkdə ittiham edib. Xatırladaq ki, Gürcüstan televiziyaları bazar ertəsi Appaturayın Rusiya sülhməramlılarının gürcü-abxaz münaqişəsi zonasından çıxarılmasına tərəfdar olması haqda məlumat yaymışdı. «Mən qeyd etmək istəyirəm ki, bu məlumat tamamilə yalandır. Mən buna bənzər bir şey deməmişəm və NATO şurasında da bu haqda fikir səslənməyib»,- deyə Appaturay bildirib.

Rəsmi Tiflis Rusiyanın bütün addımlarının qarşısını Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbulunu əngəlləməklə cavab vermək niyyətindədir. Rəsmi Tiflis bu məsələ ilə bağlı Rusiya ilə danışıqları dayandırmaq niyyətini açıqlayıb. Yeri gəlmişkən, qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili tanınmamış Abxaziya və Cənubi Osetiya vətəndaşlarına müraciət edəcək. Müraciətdə prezidentin Rusiyanın ittihamlarına da cavab verəcəyi gözlənilir.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » ABŞ İrana hücum edəcək?
 » Türk millətini təhqirə görə daha yüngül cəza veriləcək
 » Gürcüstan prezidenti Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edib
 » "Soyqırım" iddialı ermənilər latındilliləri qəzəbləndirib
 » Braziliya polisi 11 nəfəri güllələyib
 » Rusiyalı iş adamlarına xəbərdarlıq edilib
 » İranda mühafizəkarlar qələbə qazanıb
 » ABŞ gəmisi İran gəmisinə atəş açıb
 » PKK mövqeləri bombardman edildi
 » BMT Təhlükəsizlik Şurası Gürcüstanla bağlı qərar qəbul etməyib
 
 Turan OSMANLI
  "Atom sobaları"
  İndi də qazın bolluğundan qırılırıq...
06.03.2008
 
 Vüsalə ÇİNGİZ
    Millət necə tarac olur, olsun...
 Bəhruz NAĞI
    Vətən müqəddəsdir!
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Ən güclü siyasətçi kimdir?
 
Rəcəb Tayyib Ərdoğan
Corc Buş
Pərviz Müşərrəf
Vladimir Putin
Nəticələr
Bütün Sorğular
 Qalereya
Garip ve inanılmaz resimler
Sonrakı >
< Əvvəlki
Garip ve inanılmaz resimler
Garip, inanılmaz resimler ve göz yanılmalarından kareler.
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.