| |
Geri |
|
| |
 |
Gürcüstan müxalifətinin yeni tələbi
10.03.2008 01:52:34
Gürcüstan müxalifəti yeni tələblə çıxış edib
|
|
| |
Müxalifət ölkənin MDB-dən çıxmasını, Rusiya sülhməramlılarının Gürcüstan ərazisindən çıxarılmasını tələb edir. Tiflisin Rustaveli prospektində mitinq keçirən Gürcüstan müxalifəti yeni tələblə çıxış edib. Xalq Partiyasının lideri Koba Davitaşvili bəyan edib ki, müxalifət hakimiyyətdən Gürcüstanın MDB-dən çıxmasını tələb edir: «Müxalifətin vahid milli şurası Gürcüstanın MDB-dən çıxmasını və Rusiya sülhməramlılarının Gürcüstan ərazisindəki münaqişə zonasından çıxarılması barədə dərhal məsələ qaldırılmasını tələb edir». Gürcüstan müxalifəti rəsmi Moskvanın Abxaziyaya qarşı iqtisadi sanksiyaların aradan qaldırılması istiqamətində fəaliyyətini də tənqid edib.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|