| |
Geri |
|
| |
 |
Gürcüstan müxalifəti kütləvi aksiyaları bərpa edib
10.03.2008 01:29:22
Müxalifət kütləvi aksiyaları bərpa edib |
|
| |
Ölkə parlamentinin binası qarşısında mitinq keçirən müxalifət qüvvələri tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirəcəklərini bildirirlər. Gürcüstan parlamentinin binası qarşısında müxalifətin etiraz aksiyaları bu gündən bərpa olunub. 5 yanvar prezident seçkilərinin nəticələrinə yenidən baxılması tələbi ilə keçirilən aksiyada hələlik 500 nəfərə yaxın adam iştirak etsə də, təşkilatçılar iştirakçıların sayının artacağını düşünür. Aksiyanı birləşmiş müxalifətin yalnız bir hissəsi-radikal qanad keçirir. Lakin Gürcüstanın ən iri müxalifət qüvvələri-Respublikasılar Partiyası və «Yeni sağçılar» partiyası mitinqə qoşulmayıb. Onlar hakimiyyətlə dialoqa gedir. Mitinqdə əsasən Mühafizəkarlar partiyası, Demokratik Cəbhə, ölkənin ilk prezidentinin oğlu Konstantin Qamsaxurdiyanın başçılıq etdiyi «Azadlıq» hərəkatı, «Biz özümüz» hərəkatı və sabiq xarici işlər naziri Salome Zurabişvilinin lideri olduğu «Gürcüstan yolu» hərəkatının tərəfdarları iştirak edir. Aksiya təşkilatçılarının əsas tələbləri siyasi motivlərlə həbs edilənlərin azadlığa buraxılması, prezident seçkiləri bülletenlərinin yenidən sayılması və mayda keçiriləcək prezident seçkiləri ilə bağlı Konstitusiya düzəlişlərində müxalifətin mövqeyinin nəzərə alınmasıdır. Onlar tələblər yerinə yetirilənədək mitinqi yekunlaşdırmayacaqlarını bildiriblər. Birləşmiş müxalifətin bir neçə üzvü isə aclıq aksiyasına başlayıb və bəyan ediblər ki, sabahdan aksiyaya digər müxalifət tərəfdarları da qoşula bilər. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|