Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Bayılda 151 ev köçürüləcək    • NATO Rusiya ilə dialoqu bərpa edir    • Neftin qyiməti qalxıb    • Mövqelərimiz yenidən atəşə tutulub    • Azərbaycan gəmisi qəzaya uğradı    • Neft ucuzlaşmaqda davam edir    • Zahidov qardaşları atalarının yasına gəldilər    • Məmmədyarov Helsinkiyə getdi    • Bakıda məscid sökülür    • 40 min dəmiryolçu ixtisara düşəcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Günaydın, mələyim, kino başladı...

09.10.2008 15:01:59

“Biz heç nə eləyə bilmədik... Mən tək qalmışam...”
  qtay Mirqasımın yeni - “Günaydın, mələyim” filmi bombardmanda güclə eşidilən bu kəlmələrlə başlayır. Milli kinomuzun daha bir müharibə kadrı ekranda canlanır: qan içində olan səngərlər, əli silahlı şəhidlər və gözünü doğmalarına, ekranın bu üzündən ona baxanlara dikib Vətənə borcunu canı ilə ödəyən zabitin son sözləri: “Məni bağışlayın...” Qırıcıların səsi qulaqlardan itməmiş kino sehri ilə həyatın sonundan başlanğıca, ölümdən həyata qayıdırıq. Müharibə həyatından uzaq bir dünyanın simvolu olan körpə beşiyi! Onu görməyinə nə qədər sevinsən də, körpənin kadra təsadüfən düşmədiyinə kədərlənirsən... Müharibə dinc dünyanın bu sevimli qəhrəmanını atasız, yiyəsiz, sevincsiz və qanuni sənədsiz qoyub. Demə, onun döyüşə tələsən atasının rəsmi nikaha girməyə vaxtı olmayıb!

Bir-birini əvəzləyən ziddiyyətli kadrlar, getdikcə dərinləşən dramatizm və tək qalan Anaya (Ayan Mirqasım) dikilən nəzərlər... O, yaşamalı, qucağındakı balasını yaşatmalıdır. Amma necə? Bax bu sualla da tamaşaçı filmin heç də müharibə mövzusundan bəhs etmədiyini anlayır. İlk kadrda canlanan bombardmandan yan ötüb mənəvi müstəviyə keçən hadisələrin axarı bizi adi şəhər həyatı ilə qarşılaşdırır. Əslində, ekranda görünən personajların hamısının prototipləri tanışdır: insan taleyi ilə aşıq-aşıq oynayan müdirlər, qadın qüruru və ləyaqəti anlayışına, analıq hissinə gülməyi gələn həmkarlar, aclığın, kimsəsizliyin sınağından xəbərsiz qonşular, danışmağa həmişə söz tapan tanışlar...

Ekranda görünən bu simaları tanımaq asandır. Bu tanış sifətlərdən yorulduğumuzu görən müəllif bizi gerçək həyatda fərqinə varmadığımız biri ilə tanış edir: “Ədalət deyilən şey yoxdur, uydurmadır. Şəxsən, mən onu görməmişəm. Ədalət yoxdursa, onu axtarıb tapmaq da mümkün deyil. Bilirsən nəyə görə? Ona görə ki, hərənin öz ədaləti var”.
Məhz belə bir qəhrəmanın Azərbaycan kinosuna gəlişini həmişə arzulamışıq. Məsələ rasional düşüncədə, ağıllı, humanist fikirlərdə deyil, əsas məsələ bu sözlərin kimin dilindən səslənməsidir. Dərdini götürüb din xadiminin yanına gələn, onunla bölüşdüyü bir-iki kəlmə ilə təsəlli tapanları dünya kinosunda yetərincə izləmişik. Nədənsə milli kinomuza gələn din təmsilçiləri kömək əvəzinə, həmişə real vəziyyətdən sui-istifadə edirlər. Elə bu baxımdan da, ədalət axtaran qadının bir vaxt kəbinlərini kəsən kişinin yanına gəlməyini də məhz müsəlmanlara xas bir təlaşla izləyirsən və bir din xadiminin tənha qadına ürək-dirək verməsinə sevinirsən. Amma bu sevinc də uzun çəkmir, rəsmi Allah adamının - Axundun “Mən tələsirəm, bacı, sözün varsa, bizim bağbana de, mənə çatdırar” deməsi ilə yanıldığını anlayırsan. Bəlkə də elə qapısına gələn Allah bəndəsini dinləməyə vaxt tapmayan belə Axunddansa, kiməsə adi sözlə dayaq olmağa çalışan bağban olmaq daha yaxşıdır! Ağıllı olduğunu xüsusi tonla göstərmək cəhdini çıxmaqla, Aslan Qəhrəmanovun ifasında yadda qalan bağbana bu yalanı bağışlayırsan.

“Axı bu heyvanxanada nə görmüsən, niyə qaçıb canını qurtarmırsan?” Bu “heyvanxana”da cəmiyyətin daim göz önündə olan təbəqəsinin mənəviyyatı əks olunur. Adət etdiyimiz kimi, səhnədə yox, bu dəfə səhnə arxasında onların necə məharətlə cilddən-cildə girməsinə tamaşa edirik... Səhnədə böyük məmnuniyyətlə tənha Ana obrazını yaratmağa hazır olan sənətkarlar onun prototipinə “Salam” deməyi belə özlərinə yaraşdırmırlar... “Filmin qəhrəmanı əvvəl müəllimə idi, sonra ssenarini dəyişib onu aktrisa etməklə dramatizmi bir az da dərinləşdirmək istədim” deyən rejissor haqlıdır. Əslində, bir anda yüz sifətə düşənlərin fonunda Səhnə də qarışıq düşür. İnsanların nə vaxt səhnədə, nə vaxt ondan kənarda olduğunu da axtarmaq, tapmaq, bu anlayışların haçan, harada nisbiləşdiyini də düşünməli olursan...Aktyor-İnsan anlayışlarının arasında çaş-baş qalan və onlarla mübarizədə gücsüzlüyünü anlayan Mədinə bircə bunu deyə bilir: “Siz Allahdan qorxmursunuz?” Allah neyləsin axı, sevə-sevə yaratdığı bəndəsi əzəldən belədir: daş öz ayağını yaralamayınca, onun necə bərk olduğuna inanmır ki, inanmır...

Rəsmi nikahsız ana olan Mədinə dünya ədəbiyyatının ən gözəl obrazlarından biri olan Gombulu xatırladır. Gi De Mopassanın eyni adlı hekayəsinin qəhrəmanını da heç kəs yaxına qoymur. Amma Vətəninin müdafiəsində yaralanan əsgərə kömək üçün heç kim irəli durmur, ona təkcə cəmiyyətin daim qəzəblə baxdığı qadın yardım edir. Bu misal zaman və məkan anlayışının nisbiliyini, Yerin balaca dünya olduğunu göstərir. Başqa sözlə Əxlaqla Əxlaqsızlığın sərhədləri heç vaxt gözlə görünməyib. Müasir dünyamızda isə bu sərhədlər bir az da çox qarışıb. Dini dünyagörüşü dünyanın “Ol!” kəlməsi, yəni sözlə yarandığını, elmi nəzəriyyələr insanın formalaşmasında səsin, ünsiyyətin əsas olduğunu önə çəkir. “Günaydın, mələyim” mənəviyyatın - dünyanın ən böyük dayağının laxladığını və ictimai statusundan asılı olmayaraq, hər kəsin həyatının təhlükədə olduğunu əyani göstərir.

Adətən, soyuqqanlı kimi qəbul etdiyimiz alimlər də artıq bu təhlükədən danışırlar... İnformasiya Texnologiyaları sahəsinə külli miqdarda investisiya yatıran, dünyanın ən varlı adamı Bil Qeys də mövcud kapitalizmi “vəhşi kapitalizm” adlandırır... İqtisadçılar da dünyanın nicatının yeni iqtisadi modeldə olduğunu bəyan edirlər... “Toxun acdan xəbəri olmaz” aksiomu ilə daha yaşamaq olmur. Artıq hər kəs bir-birindən asılı olduğunun fərqinə varmalı, dünyada balanslaşdırılmış inkişafın, iqtisadiyyatın, siyasətin yaranmasına çalışmalıdır. Yoxsa... Onu heç kim bilmir. İlk baxışdan qəribə görünsə də, insanların addımbaşı pozulan mənəvi haqları, toxun ac qonşusundan xəbərsizliyi bu nəhəng dünyanı uçurumun kənarına dirəyib...

Amma Ayan Mirqasımın olduqca sadə və səmimi üzü, doğma jestləri, yerinə düşən aktyor plastikası tamaşaçını mələklərin başqalarını da xilas edəcəyinə, dünyanın düzələcəyinə inandırır. Bir qadının, bir ananın, pisliklərə yaxşılıqla cavab verməyə çalışan bir mələyin gülümsəməsi ilə dalğalanan dövlət bayrağı daha əzəmətli, əsgər marşı, nizami ordunun yürüşü daha təntənəli görünür... Yəqin biz kinonu elə buna görə sevirik, çünki kino bəlkə də çox uzaqda olan bir gilə işığı ekranda bizə lap yaxın göstərir!

İki ilə yaxın vaxt və dövlət vəsaiti hesabına çəkilən, Oqtay Mirqasımın ssenari müəllifi və rejissoru olduğu 100 dəqiqəlik film. Bəsti Cəfərova, Fuad Poladov, Telman Adıgözəlov, Şamil Süleymanov, Bəxtiyar Xanızadə, Cəfər Namiq Kamal, Qurban İsmayılovun canlandırdığı fərqli personajlar... Düzü, filmdə Fuad Poladovun yaratdığı obrazın kimliyi anlaşılmır. O kimdir? Ürəyində hələ sevgiyə yer saxlayan varlı adam, yoxsa cəmiyyətdən küsən məşhur sənət adamı? Hər halda ürəyi ilə personasını, maddi imkanını tarazlaşdıra bilməyən bir kişi obrazının ekran həlli yarımçıq görünür. Onu da etiraf etmək yerinə düşər ki, rejissor işi uğurlu ideya və ssenaridən xeyli geridə qalır...

“Kino sadə iş deyil. Problemlər çox tez unudulur, yadda yaxşı xatirələr qalır...” Rejissor bu fikrində haqlıdır, dünyanın balaca bir modelini yarada bilən filmin çatışmayan tərəfləri arxa plana keçir və unudulur. Odur ki, xoş gəldin, “Günaydın, mələyim”.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Yeni radio efirə çıxacaq
 » «Cəmiyyətlə məsləhət»
 » 17 yaşlı ANS TV
 » “Seçilən” filminin təqdimatı olub
 » İlk siyasi triller filmi "Seçilən"
 » «Amerikanın səsi» gəlməyəcək!
 » “Amerikanın səsi”nə xəbərdarlıq
 » Yeni televiziya kanalı açılacaq
 » Mikki Maus 80 yaşında
 » TRT Azərbaycan türkcəsində
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gəbər PKK!
Sonrakı >
< Əvvəlki
Gəbər PKK!
Türkiyə Silahlı Qüvvələri PKK izində
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.