| |
Geri |
|
| |
 |
Güləşçimiz Pekin Olimpiadasına lisenziya qazanıb
23.05.2008 14:47:50
Bununla Azərbaycan idmançılarınınolimpiya oyunlarına qazandıqları lisenziyaların sayı 39-a çatıb |
|
| |
Güləşçimiz Şalva Qadabadze Pekin Olimpiadasına lisenziya qazanıb. Serbiyanın Novı Sad şəhərində start götürmüş Yunan-Roma güləşi üzrə lisenziya turnirinin ilk günündə təmsilçimiz avstriyalı Hannes Harrinqi, daha sonra isə litvalı Laimutis Adamaitisi məğlub edərək, 1/4 finala yüksəlib.
Yarımfinala vəsiqə uğrunda görüşdə moldovalı Adrian Moçanu da Şalva ilə bacara bilməyib. 84 kq çəkili güləşçimiz bolqar Xristo Markovu da məğlub edərək, turnirin finalına və Pekin olimpiyadasına vəsiqəni təmin edib.
Bununla da Azərbaycan idmançılarının da olimpiya oyunlarına qazandıqları lisenziyaların sayı 39-a çatıb. Qeyd edək ki, Novı Sad turnirində sabah daha bir güləşçimiz Aydın Səfərov mübarizəyə qoşulacaq. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|